Azərbaycan söz və güc sahibidir
- 16.11.2022, 10:23,
- Gündəm / Təhsil
Baxılıb: 148
Facebook
Вконтакте
Одноклассники
Google+

SDU-da rektorluğun növbəti iclası keçirildi
Noyabrın 14-də Sumqayıt Dövlət Universitetində rektorluğun növbəti iclası keçirildi.
SDU-nun rektoru professor Elxan Hüseynov iclası açıq elan edərək iştirakçıları salamladı, gündəlikdə olan məsələləri nəzərə çatdırdı, universitetin tədris-elmi fəaliyyəti üzrə inkişafından və Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə hazırlıq işlərindən danışdı.
2022-2023-cü tədris ilinin payız semestrində keçirilmiş I kollokviumun nəticələri və II kollokviuma hazırlıq barədə Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov çıxış etdi. Bildirdi ki, kollokviumların keçirilməsi tələbələrin imtahanlara hazırlaşmalarına köməklik məqsədi daşıyır və bu istiqamətdə kollokviumlar üzrə suallar əvvəlcədən tələbələrə verilir və onların keçirilməsinə ciddi nəzarət olunur.
Faiq Şirinov I kollokviumda qeyri-müvəffəq qiymət alan tələbələrlə fərdi qaydada iş aparılması və onların növbəti kollokviuma ciddi hazırlaşmalarının təmin edilməsinin kafedra müdirlərinə və fənn müəllimlərinə, həmçinin II kollokviumun təşkilinə, eləcə də keçirilməsinə nəzarətin fakültə dekanlarına tapşırıldığını diqqətə çatdırdı.
Sumqayıt Dövlət Universiteti üzrə 2022-2023-cü tədris ilinin 2-ci yarısında nəzərdə tutulan akkreditasiyanın keçirilməsi barədə Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova məlumat verdi. Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları” fakültə dekanları, kafedra müdirləri və digər struktur rəhbərləri tərəfindən diqqət mərkəzində saxlanıldığını və yeni qaydalara uyğun olaraq Akkreditasiya üzrə özünütəhlil komissiyasının Təşkilat komissiyası adlandırıldığını nəzərə çatdırdı.
Rektor professor Elxan Hüseynov iclasın gedişatında nəzərə çatdırdı ki, SDU-da cari tədris ilinin II semestrində gözlənilən akkreditasiyaya hazırlıq məqsədilə Elm və Təhsil Nazirliyinin 30 sentyabr 2022-ci il tarixli Kollegiyasının qərarına uyğun olaraq institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları bütün struktur rəhbərləri tərəfindən diqqətlə öyrənilsin və hazırlıq işlərinə başlanılsın.
İclasda Sumqayıt Dövlət Universitetində keçiriləcək akkreditasiya prosesinin işinə nəzarət Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədova tapşırıldı.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi və rektorluğun iclası öz işini başa çatdırdı.
Sumqayıt Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Natiq Talıbov - Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən böyük qürur hissi ilə bildirdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Bu çağırış hər bir vətəndaşın qəlbində əbədilik qaldı. Qısa müddətdə Şuşaya yeni həyat bəxş ediləcəyini bildirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşa yenilənir, abadlaşır, əvvəlki görkəmindən də gözəl siması ilə qonaqlarını heyran edir. İki ildə digər işğaldan azad edilmiş torpaqlarımızda olduğu kimi, Şuşada da genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu işlərin güc mərkəzi, başlıca amili ölkə daxilindəki həmrəylik, milli birlik, xalqımızın vahid amal uğrunda birləşməsidir.
Zəfər Günü münasibətilə Şuşada təşkil edilən tədbirdə hərbçilər qarşısında çıxış edən dövlət başçısı İlham Əliyev “Müharibədən keçən iki il ərzində biz öz siyasətimizi davam etdirmişik” söyləyərək bildirdi ki, iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir: “Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Əgər biz kimdənsə qorxsaydıq, heç vaxt İkinci Qarabağ müharibəsinə start verməzdik. Biz hər birimiz ölümə gedirdik, öldü var, döndü yoxdur, ya azadlıq, ya ölüm! İndi də ölümə getməyə hazırıq öz haqlarımızı tələb edərək. Çünki hələ də, - müharibə iki il bundan əvvəl başa çatsa da, - narahatedici məqamlar var və erməni xalqına müraciət edib sözümü demək istəyirəm.”
Dövlət başçısı onu da qeyd etdi ki, ermənilər otuz ilin işğalının acılarını indi görürlər. Biz, sadəcə olaraq, onlara cavab vermişik. Biz öz torpağımızda vuruşmuş, işğalçını torpaqlarımızdan qovmuşuq. Onlar bunu anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Azərbaycan burada əsas söz, güc sahibidir. Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərdi: “Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz.”
Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması təklifini edib. Əksər dünya gücləri Azərbaycanın bu addımını təqdir edir, bu hədəfin reallığa çevrilməsi üçün dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Ermənistan hələ də tərəddüdlər içərisində olduğunu açıq-aydın şəkildə büruzə verir. Azərbaycanın təklif etdiyi sülh təklifində beynəlxalq hüququn 5 əsas prinsipi öz əksini tapıb. Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü əsasında keçirilən Brüssel görüşlərində 5 prinsip Ermənistan tərəfindən dəstəkləndi. Tərəflər biri-birinin ərazi bütövlüyünü dəstəklədiyini təsdiqlədi. Növbəti görüşlərdə iki ölkənin xarici işlər nazirlərinin sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlamasının vacibliyi vurğulandı və artıq bu görüş keçirilib.
Göründüyü kimi, Azərbaycan münasibətlərdə yeni səhifənin açılmasında maraqlıdır. Günümüzün əsas çağırışı isə budur ki, Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır.
Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasını atdığı addımları ilə təsdiqləyir. “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır” bəyan edən dövlət başçısı İlham Əliyev Ermənistana bir daha bu çağırışı etdi: “Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər.”

Şərh yaz
- 11-03-2022, 12:24
- 330 030
- 6 314
- 26-04-2019, 15:39
- 44 422
- 869
- 10-02-2022, 10:36
- 31 518
- 245
- 7-04-2022, 11:57
- 28 234
- 286
- 12-12-2020, 12:00
- 25 105
- 147
- 26-04-2019, 16:16
- 19 452
- 56
- 18-09-2019, 10:29
- 16 761
- 120
- 15-05-2019, 20:27
- 15 882
- 63
- 11-04-2022, 16:00
- 15 020
- 12
- 24-05-2020, 23:28
- 13 068
- 3
- 3-05-2019, 19:02
- 12 402
- 3
- 27-04-2019, 10:08
- 12 192
- 2
- 4-05-2019, 18:03
- 11 361
- 4
- 23-10-2019, 21:00
- 11 220
- 1
- 29-11-2019, 09:00
- 11 057
- 3
- 13-05-2020, 22:05
- 10 907
- 0
- 8-05-2019, 21:13
- 10 742
- 0
- 28-04-2019, 20:56
- 10 731
- 2
- 23-04-2019, 21:57
- 10 446
- 2
- 8-04-2020, 22:07
- 10 381
- 0
- 11-03-2022, 12:24
- 330 030
- 6 314
- 26-04-2019, 15:39
- 44 422
- 869
- 7-04-2022, 11:57
- 28 234
- 286
- 10-02-2022, 10:36
- 31 518
- 245
- 7-11-2019, 09:36
- 10 000
- 200
- 2-12-2025, 09:00
- 4 416
- 176
- 12-12-2020, 12:00
- 25 105
- 147
- 22-12-2021, 14:22
- 9 174
- 139
- 18-09-2019, 10:29
- 16 761
- 120
- 10-02-2023, 10:54
- 7 993
- 118
- 15-05-2019, 20:27
- 15 882
- 63
- 1-10-2020, 21:45
- 1 719
- 57
- 26-04-2019, 16:16
- 19 452
- 56
- 14-01-2020, 09:33
- 9 908
- 20
- 28-12-2020, 16:00
- 2 575
- 15
- 11-04-2022, 16:00
- 15 020
- 12
- 27-03-2021, 14:25
- 8 168
- 7
- 29-11-2021, 09:36
- 7 703
- 5
SOSİAL ŞƏBƏKƏLƏR