Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov - Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlir
Hazırda hər kəsə bəllidir ki, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Ölkəmiz koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatına bir daha könüllü maliyyə töhfəsi ayrılacaqdır ki, bu dəstək zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Hərəkat üzvlərinə yönəldiləcəkdir. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilmiş və keçirilməkdədir.
Bu gün dünya üzərində müşahidə aparılsa, aydın şəkildə görünər ki, koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə hələ də mübarizə aparmaqdadır. Bütün bunlara baxmayaraq əminliklə deyə bilərik ki, Azərbaycanın sözügedən vurusa qarşı həyata keçirdiyi siyasət çox uğurludur və bu təkcıə Azərbaycan xalqı tərəfindən deyil, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən də təqdir edilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur. Yeri gəlmişkən qeyd olunmalıdır ki, Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur. Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisidir. Bu uğurların davamlı olacağı heç kəsdə şübhə doğurmur.
Lənkəranda sahibkarlığın inkişafına güclü dəstək verilirÖlkədə sahibkarlığın inkişafı ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrə Lənkəranda da səylə əməl olunur, investorlara əlverişli şərait yaradılaraq layihələrinin icrasına dəstək verilir. Göstərilən qayğıdan ruhlanan sahibkarlar rayonun iqtisadi sferasına həvəslə investisiya qoyur, iri investisiya tutumlu layihələr həyata keçirir, yeni iş yerləri açırlar. Belə layihələrdən biri də cənub bölgəsində analoqu olmayan qənnadı fabrikinin tikintisidir. Yerli sahibkar İlham Nurəliyevin rəhbərlik etdiyi “NUR”ASC tərəfindən Lənkəran şəhərində general Fikrət Məmmədov küçəsində tikilən fabrik ən müasir texnologiya ilə qənnadi məhsulları istehsal edəcək. Layihə dəyəri 4 milyon manat təşkil edən fabrik üçün 0,5 hektar ərazidə ümumi tikinti sahəsi 5000 kv/m olan 4 mərtəbəli bina tikilib. Binanın birinci mərtəbəsi və zirzəmi anbar və saxlama kameraları üçün nəzərdə tutulacaq. İkinci və üçüncü mərtəbələr istehsalat sahəsi və 500 kv/m sahəni əhatə edən dördüncü mərtəbədə inzibati otaqlar yerləşəcəkdir. Braziliya, Türkiyə və Rusiya istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunacaq fabrikin illik istehsal gücü 1500-1800 ton olacaq. Fabrikdə 120 nəfər qənnadı ustası və texniki işçi yüksək maaşlı daimi işlə təmin olunacaqdır. Artıq fabrikin qarşısındakı ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri görülür.
Liman şəhərində küçələr asfaltlanırKoronavirus pandemiyasının çətinliklərinə baxmayaraq Lənkəran şəhəri ilə yanaşı rayonunun ayrı-ayrı yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri davam etdirilir, infrastruktur yaxşılaşdırılır. Davamlı olaraq həyata keçirilən abadlıq və mədəni quruculuq işləri rayonun Liman şəhərinin də görkəmini xeyli dəyişmişdir. Şəhərdə küçə və səkilər, suötürücü kanallar müntəzəm olaraq təmizlənir, dezinfeksiya olunur, barı və hasarlar suvaqlanaraq rənglənir, yaşıllaşdırma işləri aparılır. Bu günlərdə şəhərin əsas küçələrindən biri olan R.Rza küçəsi asfaltlanıb, ərazidə xeyli səliqə-sahman işləri görülüb. Görülən işlərlə yerindəcə tanış olmaq üçün R.Rza küçəsinə baş çəkən İcra başçısı Taleh Qaraşovu sevinclə qarşılayan sakinlər onlara göstərilən diqqət və qayğıya, xüsusilə karantin dövründə imkansız ailələrə, həssas qrupa aid vətəndaşlara dövlət tərəfindən və Heydər Əliyev Fondunun xəttilə göstərilən maddi və mənəvi dəstəyə görə Ölkə Prezidentinə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər. Xüsusilə yaşadıqları R.Rza küçəsinin uzun illərdən sonra əsaslı şəkildə təmir olunub asfaltlanmasından məmnun olduqlarını bildiriblər. Sakinlərlə tibbi maska taxaraq fərdi qaydada təmas məsafəsində görüşüb söhbət edən İcra başçısı onların qayğıları ilə maraqlanmaqla yanaşı koronavirus pandemiyası ilə əlaqədar rayonda elan olunmuş karantin rejiminin tələblərinə əməl olunmasının vacibliyini, hər bir sakinin tibbi qoruyucu vasitələrdən, maska və digər ləvazimatlardan istifadəsinin zəruriliyini, özünü, doğmalarını və qohum-qonşularını dəhşətli bəladan mühafizə etməyə, sağlamlıqlarını qorumağa borclu olduğunu qeyd edib. Ölkə Prezidentinin səfərləri və görüşləri zamanı şəxsən qoruyucu maskadan istifadə etməsini ən gözəl nümunə kimi xüsusi vurğulayan İcra başçısı hamını bu nümunədən ibrətamiz şəkildə bəhrələnməyə, qapalı guşələrdə, marketlərdə, iaşə və ticarət obyektlərində, ictimai nəqliyyatda mütləq şəkildə tibbi maskalardan istifadə etməyə çağırmışdır.
Lənkəranda çoxmənzilli yaşayış binalarının əsaslı təmiri davam etdirilirLənkəran şəhərində və rayon ərazisində movcud olan çoxmənzilli yaşayış binaları istismar müddəti ərzində heç vaxtı əsaslı təmir olunmadığından möhkəmliyi zəifləyərək qəzalı vəziyyətə düşmüş, dam örtükləri isə tamamilə sıradan çıxmışdır. İcra başçısının səyyar qəbul-görüşlərində, fərdi və ya kollektiv müraciətlərdə sakinlər bu barədə tez-tez məsələ qaldırır və köməklik olunmasını xahiş edirdilər. Problemin ciddiliyini nəzərə alan Lənkəran ŞİH başçısı Taleh Qaraşov aidiyyəti dövlət orqanlarına müraciət edərək bu mühüm sosial əhəmiyyətli məsələnin həllindən ötrü hökumət səviyyəsində müvafiq tədbirlərin görülməsi təşəbbüsü ilə çıxış edib. Ətraflı araşdırma və mütəxəssis rəylərindən sonra ölkə Prezidentinin müvafiq sərəncamları ilə ayrılan vəsait hesabına 2015-ci ildən başlayaraq şəhərdə və rayon ərazisində qəzalı vəziyyətdə olan çoxmərtəbəli yaşayış binalarının mərhələli şəkildə əsaslı təmiri və dam örtüklərinin yenilənməsinə başlanılıb. Artıq 15 çoxmənzilli binada bərkitmə-möhkəmləndirmə işləri görülüb, zirzəmilər betonlanıb, yeni su-kanalizasiya xətləri çəkilib, dam örtükləri başdanbaşa dəyişdirilib, pilləkən qəfəsləri və fasadlar təmir olunaraq yenidən rənglənib. Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq qəzalı vəziyyətdə olan binalarda təmir-bərpa işləri bu gün də sürətlə davam etdirilir. Bu günlərdə Nizami küçəsi 88, 90, 92 saylı binalarda bərkitmə və izolyasiya işləri başa çatdırılıb, kanalizasiya sistemləri yenidən qurulub, fasadlarda suvaqlanma işləri tamamlanıb, mənzillərin köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəz olunub. Hazırda sözügedən binaların bloklarında pilləkən qəfəsləri və fasadlar təmir olunur, binada rənglənmə işləri aparılır. Binaların giriş hissələrində isə yeni dəmir qapılar qoyulacaq.
Son illərdə Ümumilikdə 1 qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binası üçün yeni bina tikilib, 15 qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binasında əsaslı təmir, bərpa-gücləndirmə və 360 binada isə dam örtükləri dəyişdirilərək yenidən qurulması işləri aparılıb. 2020-ci ildə isə daha 3 qəzalı vəziyyətdə olan binada təmir, bərpa-gücləndirmə işləri bu günlərdə başa çatdırılacaq, 2 qəzalı vəziyyətdə olan çoxmənzilli binada işlərə başlanılacaq.
Qəzalı vəziyyətdə olan çoxmərtəbəli yaşayış binalarında aparılan təmir-bərpa işlərini müntəzəm olaraq diqqətdə saxlayan İcra başçısı T.Qaraşov 8 iyun 2020-ci il tarixdə növbəti dəfə Nizami küçəsindəki 88, 90 və 92 saylı binalara baş çəkərək görülən işlərlə yerindəcə tanış olub. Binaların qarşısında sakinlərlə təmas məsafəsində fərdi söhbət aparan İcra başçısı görülən bütün işlərin ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların təhlükəsiz həyat şəraitinin təmin olunması və maddi-rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi davamlı sosial siyasətinin bəhrəsi olduğunu və bu siyasətin ölkə başçısının fəaliyyətinin əsasını təşkil etdiyini bir daha onların diqqətinə çatdırıb. Söhbət zamanı sakinlər müraciətlərinə həssaslıqla baxılmasına, onlara göstərilən diqqət və qayğıya, eyni zamanda koronavirus pandemiyası günlərində karantin şəraitində evdə qalan, müəyyən ehtiyac hiss edən ayrı-ayrı şəxslərə, imtiyazlı ailələrə verilən maddi və mənəvi dəstəyə görə dövlət başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. İcra başçısı bir daha sakinlərə pandemiya ilə əlaqədar tətbiq olunan karantin qaydalarına ciddi riayət etməyi tövsiyə edib.