• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Gəncə Şəhər İcra Hakimiyyəti sakinləri COVİD-19 infeksiyası ilə mübarizədə həmrəy olmağa çağırır

Gəncə Şəhər İcra Hakimiyyəti sakinləri COVİD-19 infeksiyası ilə mübarizədə həmrəy olmağa çağırır



Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları maarifləndirmə tədbirlərini davam etdirirlər

Gəncə Şəhər İcra Hakimiyyəti sakinləri COVİD-19 infeksiyası ilə mübarizədə həmrəy olmağa çağırır


Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində maarifləndirmə işləri aparıblar. Tərkibində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının da olduğu 32 mobil qrupun üzvləri əhalinin sıx toplaşdığı ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçiriblər.

Onlar mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında əhaliyə karantin rejiminin tələblərinə əməl etməyi və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə ediblər. Zərurət qarşısında qalaraq evdən çıxan sakinlərə isə ehtiyyatlı davranmaq, tibbi maskadan istifadə etmək və sosial məsafə saxlamaq tövsiyyət edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Nəqliyyat və Sərnişindaşıma İdarəsi də maarifləndirmə tədbirlərini davam etdirir. Belə ki, idarənin əməkdaşları dayanacaqlar və ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə profilaktiki söhbətlər aparıblar. Vətəndaşlara sanitar-gigiyenik normalara əməl edilməsinin vacibliyi xatırladılaraq, tibbi maskalar paylanılıb.

Bununla yanaşı mobil qrupların üzvləri tərəfindən sakinlərə üzərində COVİD-19 infeksiyasından qorunma yollarının əks olunduğu bukletlər də paylanılıb.

Qedy edək ki, Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər mütəmadi olaraq davam etdirllir.

Gəncə Şəhər İcra Hakimiyyəti sakinləri COVİD-19 infeksiyası ilə mübarizədə həmrəy olmağa çağırırGəncə Şəhər İcra Hakimiyyəti sakinləri COVİD-19 infeksiyası ilə mübarizədə həmrəy olmağa çağırır
Gəncə Şəhər İcra Hakimiyyəti sakinləri COVİD-19 infeksiyası ilə mübarizədə həmrəy olmağa çağırır


Pandemiya ilə mübarizədə vətəndaş məsuliyyəti əsas şərtdir

Gəncə Şəhər İcra Hakimiyyəti sakinləri COVİD-19 infeksiyası ilə mübarizədə həmrəy olmağa çağırır


Koronovirus pandemiyası hələ də davam edir və bu gözə görünməyən bəladan xilas olmaq və ya daha az yoluxmanın, eləcə də insan təlafatının olmaması üçün dövlət başçısı tərəfindən cox ciddi addımlar atılıb, dünya ictimaiyyətinin də diqqətin çəkən tədbirlər reallaşdırılıb. Təbbi ki, tədbirlərin daha effektli olması üçün vətəndaş məsuliyyəti də başlıca şərtdir və bu mütləqdir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə bağlı səsləndirdiyi fikirlər bunu bir daha aktual edir. Olkə başçısı yenə bütün vətəndaşları böyük məsuliyyətə və nizam-intizama çağırıb. Bildirib ki, Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər. Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. “Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub.”

Prezident onu da deyib ki, “Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik.”

Bəs ölkə vətəndaşları necə? Öz üzərinə düşən məsuliyyəti dərk edirmi?

Birmənalı şəkildə başa düşülməlidir ki, mübarizə üsullarında vətəndaşların da üzərinə ciddi vəzifələr düşür. Bütövlükdə cəmiyyətin gələcəyi baxımından bu, mühüm faktordur. Məsələ ondan ibarətdir ki, istənilən ölkənin iqtidarı həyata keçirdiyi tədbirlərdə o zaman daha çox uğur qazanır ki, ona cəmiyyətdən dəstək gəlsin və vətəndaşlar həyata keçirilən tədbirləri anlayışla qarşılasınlar. Bu da vətəndaş məsuliyyəti məsələsinin yeni pandemiya mərhələsində daha da aktuallaşması anlamına gəlir. Bir sıra hallarda bu məqamı hətta intellektual təbəqə də lazımi dərəcədə qiymətləndirə bilmir. Və ya qərəzli dairələr ondan süni istifadə etməyə çalışır. İnsan azadlığı anlayışını özbaşınalıq kimi, qaydalara əməl etməməyi isə sərbəstlik kimi təqdim etməyə baş vururlar, həmişə başqasını ittiham etməklə öz məsuliyyətini gizlətməyə çalışırlar. Bu cür cəhdlərin bütövlükdə cəmiyyət üçün nə dərəcədə təhlükəli olduğunu başa düşmək çətin deyildir.

Məsələn, polisin nəzakətlə insanlara məsafə saxlamaq və maska taxmaqla bağlı tələbinə "başqa yerdə belə qadağalar yoxdur" kimi münasibət göstərmək şəxsi məsuliyyəti dərk etməmək deməkdir. Çünki polis və ya hər hansı başqa rəsmi orqan pandemiyada tələbləri vətəndaşın sağlamlığı üçün edir. Əgər insan yaranmış vəziyyəti bu cür qiymətləndirə bilmirsə, onun vətəndaş kimi sosial həyatda üzərinə düşən məsuliyyəti tam anlaya bilmədiyi nəticəsini çıxarmaq olar. Deməli, xüsusilə pandemiya ilə mübarizənin ikinci mərhələsində vətəndaş məsuliyyəti faktoru daha çox önəm kəsb edir. Vətəndaşlar tələb olunan tibbi şərtlərə nə qədər çox əməl etsələr, müəyyən olunmuş məhdudiyyətlər çərçivəsində hərəkət etsələr, bir o qədər ümumi nəticə müsbət olar və növbəti mərhələyə keçid sürətlənər.

Artıq pandemiya ilə mübarizədə cəmiyyətin özünü bu prosesin harasında görməsi çox əhəmiyyətlidir. Başqa cür desək, indi vətəndaşın pandemiya haqqındakı təsəvvürlərindən yekun nəticə xeyli asılıdır

Azərbaycanda müşahidə edilən proseslər göstərir ki, cəmiyyət hakimiyyətin həyata keçirdiyi tədbirləri dəstəkləyir. Bəzi ölkələrdən fərqli olaraq burada sakitlikdir və vətəndaşlar qoyulan şərtlərə əməl edirlər. Bununla yanaşı, ikinci mərhələdə prosesin əsasən vətəndaşın şəxsi davranışı ilə bağlı olması hər bir insanın daha məsuliyyətli olmasını tələb edir. Konkret desək, hər bir vətəndaşın pandemiya ilə mübarizəni kənardan verilən göstərişlərə əməl etmək məcburiyyəti kimi deyil, özünün şəxsi işi kimi qəbul etməsi zəruridir. Vətəndaş bu prosesin obyekti deyil, subyektidir. Hakimiyyətin insan sağlamlığı üçün çalışdığı kimi, insanın da özü üçün çalışması vacibdir. Sosial-mədəni, hüquqi, psixoloji və etik aspektlərdə insanların bunu dərk etməsi həm də iqtidar-xalq həmrəyliyini daha da gücləndirər.

Gəncə Şəhər İcra Hakimiyyəti sakinləri COVİD-19 infeksiyası ilə mübarizədə həmrəy olmağa çağırır


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov - Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır


Dövlət müstəqilliyimizin bərpasından sonra Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz sürətli inkişaf dinamikası ilə irəliləyərək öz potensial gücünü artırmış, dünyanın inkişaf etmiş, güclü dövlətləri sırasına daxil olmuşdur. Ölkəmiz təkcə iqtisadi gücünü deyil, siyasi və hərbi gücünü də xeyli artırmışdır. Ölkədə bütün sahələrin inkişafına yönələn siyasi xətt, əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə köklənmişdir. Ümummilli lider Heydər Əliyev gələcəyimiz təminaçısı olan gənclərimizi düşünərək onların müharibənin yaratdığı çətin vəziyyətdə yaşamamaları üçün Dağlıq Qarabağ məsələsinin həllində sülh yolunu seçmişdir. Bu gün Ulu öndərin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidentimiz cənab İlham Əliyev də ölkəmizin əsas problemli məsələsi olan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Ermənistan və onun havadarlarına öz mövqeyini açıq və sərt şəkildə bəyan etməkdədir.
Prezident İlham Əliyev 2020-ci ilin iyunun 3-də Tərtər rayonunda Olimpiya İdman Kompleksinin açılışı zamanı bildirmişdir ki, “Ermənistanın keçirdiyi saxta prezident və parlament seçkiləri bir şoudur. Bir çox təşkilatlar bu seçkiləri qınasa da Avropa Şurası bu məsələyə münasibət bildirmədi, susdu. Çünki Avropa Şurasının əsas hədəflərindən biri məhz Azərbaycanı ləkələməkdən ibarətdir.”
Əlbəttə ki, özlərini dünaynın ən humanist, hüquqi dövləti hesab edən bəzi Avropa dövlətlərində dövlət-vətəndaş, polis-vətəndaş münasibətlərinə baxdıqda zorakılıq, anarxiya müşahidə olunur. Özlərini Avropa nümunəsi kimi dünyaya tanıtmağa çalışan dövlətlər əslində hüquqi, siyasi cəhətdən ölkəmizlə müqayisə olunmayacaq səviyyədədilər.
Amerika kimi bir ölkədə insanlar arasında irqi ayrı-seçkiliyin qoyulması, qaradərililərə qarşı polisin vəhşicəsinə rəftarı bir dövlətin iqtisadi və siyasi gücünün nə qədər güclü olmasından asılı olmayaraq o dövlətin təməlinin hər zaman zəif olduğunu göstərir.
Ölkəmizdə xalqın mənafeyinin hər şeydən üstün tutulması, ölkə prezidenti cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın vətəndaşlarla səmimi münasibəti dövlət-vətəndaş münasibətindəki həmrəyliyin bir nümunəsidir. Xalq da hər zaman öz liderinə inam və etimad nümayiş etdirir.Ümummilli liderin söylədiyi kimi “Ölkəmizdə xalq dövlət üçün yox,dövlət xalq üçün çalışır.”
Dövlətimizin güclənməsi, hərbi, siyasi, iqtisadi gücünün artması, heç bir dövlətin boyunduruğunu qəbul etməməsi əlbəttə ki, Avropa Şurasını, bəzi anti-Azərbaycan qüvvələrini narahat etməkdədir. Ölkəmizin sülh, davamlı və dayanıqlı inkişaf şəraitində yaşaması, son 10 il ərzində dünyanın mötəbər beynəlxaq yarışlarına, oyunlarına, festivallarına ev sahibliyi etməsi bütün dünaynın diqqətini ölkəmizə yönəltmişdir.
Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşlərinin keçirilməsi , bu zirvə görüşlərinin pandemiyaya həsr olunması dünya miqyasında, türk xalqları tarixində bir ilk oldu. Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökümət başçıları və xarici işlər nazirlərinin iştirak ediblər ki, bu da bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.
Tarix boyu ölkəmiz istər müstəqilliyinin qazanılmasında, istər ərazi bütövlüyün qorunmasında böyük sınaqlardan keçmişdir. Ölkəmizin gücünün artması, türk dövlətlərinin daim həmrəy olması istər dünən, istər bu gün bəzi dövlətləri qorxutmaqdadır.
Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu islahatları, vaxtında qəbul etdiyi qərarları, qətiyyətli mövqeyi onu deməyə əsas verir ki, heç bir qüvvə ölkəmizin nüfuzunu sarsıda bilməz. Çünki dövlərimiz Ulu öndər ideologiyası və onun qoyduğu siyasi xətt üzrə uğurla idarə olunmaqda və inkişaf etməkdədir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bazar gününün havası açıqlandı

  • 23-11-2024, 15:30
  • 45
  • 0

Azərbaycanda zəlzələ olub

  • 23-11-2024, 13:10
  • 45
  • 0

Bakıda COP zolaqları ləğv olunur

  • 23-11-2024, 09:57
  • 52
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 085
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 781
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter