Şəkidə pandemiya ilə mübarizə çərçivəsində reydlər davam edir
- 22.09.2020, 11:03,
- Gündəm / Cəmiyyət
Baxılıb: 117
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəkidə bazar ərazisində dezinfeksiya işləri gücləndirilib
Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVİD-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, ətraf rayonlarının əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin karonavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilmişdir.
“Şəki Bazar” ASC-də baş verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanmişdır.
Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldükdən sonra “Şəki Bazar” ASC fəaliyyətini davam etdirəcəkdir.
Hazırda bazar ərazisində dezinfeksiya işləri aparılır.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı şəhərdə aparılan yol tikintisi işlərinin gedişi ilə maraqlanmışdır
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov şəhərin Salman Mümtaz küçəsində aparılan yol tikintisi işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, küçədə tikinti-quraşdırma işlərinə avqust ayının 17-də başlanmışdır. Tikinti işlərinin sifarişçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. İşlərin bu ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı aparılan işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Şəkidə pandemiya ilə mübarizə çərçivəsində reydlər davam edir
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və Şəki şəhər İH yanında yaradılmış Operativ Qərargahın üzvləri pandemiya ilə mübarizə çərçivəsində şəhərin böyük ticarət mərkəzlərindən olan “Bazarstore” və mərkəzi bazarın ərazisində reyd keçirmişlər. Reyd zamanı aşkar olunan çatışmamazlıqlar barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, tələb olunan qaydalara riayət etmələri obyekt sahiblərinin diqqətinə çatdırılmışdır.
Paytaxt Bakı, digər rayon və şəhərlərdən sərt karantinin götürülməsindən çox az vaxt keçməsinə baxmayaraq, bu müddət ərzində rayon ərazisində koronavirusa yoluxma sayında müəyyən artım müşahidə olunmağa başlamışdır. Son günlər ərzində rayon ərazisində yoluxma qeydə alınmadığı halda, yolların açılmasından sonra bu rəqəm müəyyən qədər yüksəlməyə və rayon ərazisində yeni ocaqlar aşkar olunmağa başlamışdır.
Yaranmış vəziyyətlə əlaqədar olaraq, Şəki şəhər İH yanında Operativ Qərargaha daxil olan məlumatlar əsasında rayon ərazisində xəstəliyin yayılmasına imkan yaradan şərait təhlil edilərək müvafiq tapşırıqlar verilmiş, əhalinin daha çox sıx olduğu yerlərdə, mərkəzi bazarda, bazar ətrafında, iri market və mağazalarda, əhalnin yaşadığı ictimai yaşayış binalarının girişləri və pilləkənlərində, ictimai nəqliyyatda, eləcə də kənd və qəsəbələrdə dezinfeksiya işləri gücləndirilmişdir.
Əhali arasında yoluxma hallarının qarşısının alınması və əhalinin maarifləndirilməsi məqsədi ilə Şəki şəhər İH, Qida Təhlükəsizliyi Agentliyi Şəki regional bölməsinin, Şəki şəhər-rayon Polis şöbəsinin əməkdaşlarından və könüllülərdən ibarət mobil qruplar əhalinin sıx toplaşdığı yerlərdə, market və mağazalarda ictimai-iaşə obyektlərində, otel və istirahət mərkəzlərində reydlər keçirir, sakinlərdən və obyekt sahiblərindən tövsiyə olunan qaydalara riayət etmələri tələb olunur, ciddi pozuntular aşkar olunduqda cərimələr tətbiq olunur.
İctimai nəqliyyatda dezinfeksiya və maarifləndirmə işləri həyata keçirilir. Şəhər icra hakimiyyətinin səsgücləndirici quraşdırılmış avtobusu vasitəsi ilə şəhər ərazisində pandemiya ilə bağlı əhaliyə çağırış edilir. "Evə zəng" kompaniyası çərçivəsində şəhər sakinləri ilə telefon əlaqəsi saxlanılaraq maarifləndirici söhbət aparılır. Evdə karantində saxlanılan xəstələrin özünütəcrid qaydalarına əməl etmələrinə ciddi nəzarət edilir
15 sentyabrdan etibarən məktəb və bağçaların açılması bu istiqamətdə də lazımı tədbirlərin görülməsini zəruri edir. Rayon ərazisindəki bütün məktəb və bağçalarda Şəki şəhər İcra Hakimiyyətinin, Şəki şəhər Təhsil şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyi Şəki regional bölməsinin əməkdaşları monitorinqlər keçirir, tələb və tövsiyələrə əməl edilməsinə nəzarət etməklə yanaşı maarifləndirici söhbətlər aparılırlar.
Hazirda fəslin dəyişməsi ilə əlaqədar olaraq təbii ölüm hallarının da artmasını nəzərə alaraq, vəfat edən şəxslərin ailə üzvləri ilə profilktiki söhbətlər aparılır, onlara tələb olunan qaydalara uyğun şəkildə hüzr mərasimlərinin keçirilməsi tövsiyyə olunur və hüzr yerləri nəzarətdə saxlanılır.
Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün tətbiq olunan karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl olunmasının təmin olunması məqsədilə Şəkidə zəruri tədbirlər davam edir.
Şəhər icra hakimiyyəti tərəfindən təşkil olunmuş mobil qrupların üzvləri, polis orqanlarının əməkdaşları, aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən şəhər ərazisində, kənd və qəsəbələrdə reydlər keçirir, ticarət, ictimai-iaşə, turizm və xidmət obyektlərində monitorinq və izahetmə-xəbərdarlıq işləri aparılır. Mövcud qaydalara əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunur.
İctimai nəqliyyatda dezinfeksiya və maarifləndirmə işləri həyata keçirilir. Şəhər icra hakimiyyətinin səsgücləndirici quraşdırılmış avtobusu vasitəsi ilə şəhər ərazisində pandemiya ilə bağlı əhaliyə çağırış edilir. "Evə zəng" kompaniyası çərçivəsində şəhər sakinləri ilə telefon əlaqəsi saxlanılaraq maarifləndirici söhbət aparılır. Evdə karantində saxlanılan xəstələrin özünütəcrid qaydalarına əməl etmələrinə ciddi nəzarət edilir.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 075
- 5 499
- 10-02-2022, 10:36
- 28 397
- 244
- 7-04-2022, 11:57
- 21 555
- 207
- 26-04-2019, 16:16
- 16 125
- 45
- 18-09-2019, 10:29
- 13 640
- 119
- 12-12-2020, 12:00
- 13 362
- 92
- 11-04-2022, 16:00
- 11 839
- 12
- 15-05-2019, 20:27
- 11 060
- 54
- 24-05-2020, 23:28
- 9 971
- 3
- 26-04-2019, 15:39
- 9 455
- 99
- 27-04-2019, 10:08
- 9 031
- 2
- 23-10-2019, 21:00
- 8 047
- 1
- 29-11-2019, 09:00
- 7 895
- 3
- 13-05-2020, 22:05
- 7 753
- 0
- 28-04-2019, 20:56
- 7 519
- 2
- 23-04-2019, 21:57
- 7 287
- 2
- 11-03-2022, 12:24
- 310 075
- 5 499
- 10-02-2022, 10:36
- 28 397
- 244
- 7-04-2022, 11:57
- 21 555
- 207
- 7-11-2019, 09:36
- 6 067
- 124
- 18-09-2019, 10:29
- 13 640
- 119
- 26-04-2019, 15:39
- 9 455
- 99
- 12-12-2020, 12:00
- 13 362
- 92
- 22-12-2021, 14:22
- 4 737
- 57
- 10-02-2023, 10:54
- 4 266
- 54
- 15-05-2019, 20:27
- 11 060
- 54
- 26-04-2019, 16:16
- 16 125
- 45
- 14-01-2020, 09:33
- 6 796
- 20
- 11-04-2022, 16:00
- 11 839
- 12
- 27-03-2021, 14:25
- 4 966
- 7
- 29-11-2021, 09:36
- 4 559
- 5
- 29-09-2020, 11:15
- 4 981
- 5
- 24-09-2020, 11:41
- 5 016
- 5
- 16-05-2019, 14:19
- 6 911
- 5
- 15-05-2019, 09:47
- 5 250
- 5
SOSİAL ŞƏBƏKƏLƏR