• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

General Rüstəm Muradovun missiyası və müəmması...

  • 19.11.2021, 11:05,
  • Hadisə
  • Baxılıb: 52
General Rüstəm Muradovun missiyası və müəmması...


General sülhməramlıların komandanı missiyasını başa vursa da, hələ də Bakıdan erməni daşımaqdadır; hərbi ekspert: “Xaraktercə adekvat olduğu üçün onunla ünsiyyətdə problem yaranmır, şəxsi keyfiyyətləri ilə yanaşı həm də onun bu regiondan olması rol oynayır”

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov Bakıda apardığı danışıqlar nəticəsində bir erməni hərbçisinin cəsədini təhvil alaraq İrəvana qayıtdı. Ermənistan Müdafiə Nazirliyi Muradovun Bakıdan 1990-cı il təvəllüdlü leytenant Taron Civanoviç Saakyanın meyitini apardığını açıqlayıb.

“Noyabrın 17-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun onu təcili olaraq məzuniyyətdən çağırdığı bildirilirdi. Görünür ki, Muradov tələm-tələsik istirahətini yarımçıq qoyaraq Bakı və İrəvan arasında vasitəçilik edib. Amma general bu dəfə əsirləri deyil, bir erməni cəsədini aparmağa gəlmişdi.

Ermənistan tərəfinin rəsmi açıqlamasına görə, onların 13 hərbçisi əsir düşüb və aydın olur ki, Muradov onları təhvil ala bilməyib. Deməli, erməni əsirlərin qaytarılmasına hələ zaman var. Burada diqqət çəkən məqam Muradovun personasıdır. Qarabağdakı sülhməramlıların komandanı olmuş general missiyasını başa vursa da, yenə də fəaliyyətini davam etdirir. Halbuki, hazırda sülhməramlı kontigentin komandanı Gennadi Anaşkindir. Ancaq nədənsə Rusiya hərbi-siyasi rəhbərliyi Muradova etimad göstərir, o cümlədən Bakı və İrəvan da onun işini pis qarşılamır. Əslən tabasaran olan R.Muradovun milli kimliyinin də burada rol oynaması istisna deyil. Belə görünür ki, R.Muradovun Qarabağdakı missiyası hələ bitməyib.

Yada salaq ki, oktyabrda R.Muradov Bakıda olmuşdu və İrəvana 5 erməninin təhvil verilməsində iştirak etmişdi. Maraq doğuran isə budur ki, Muradovun hansı missiya daşıdığı haqda rəsmi bilgi yoxdur. General qeyri-hökumət və ya humanitar təşkilatın nümayəndəsi deyil ki, belə bir missiya yerinə yetirsin. Onun hansı statusla bu danışıqlarda iştirakı haqlı suallar doğurur.

Ehtimal etmək olar ki, Rüstəmov tərəflərlə yaxşı münasibət qurub və bu səbəbdən onu indi də Qarabağda Rusiyanın xüsusi nümayəndəsi statusunda sınayırlar, hətta gələcəkdə onun bu görəvi hər hansı adla rəsmiləşə də bilər. İddialara görə Muradovun Azərbaycanın güc strukturlarının rəhbərləri ilə yaxşı və etibara söykənən münasibətləri formalaşıb. Eyni dərəcədə, Ermənistan rəhbərliyi ilə də ustalıqla münasibətlər formalaşdıra bilib. Bu münasibətlər də Muradovu xüsusi missiyalar yerinə yetirmək üçün əvəzsiz simaya çevirib. Bizim mütəxəssislərin baxışı nədən ibarətdir, ona hazırkı missiyası legitimləşə bilərmi?



Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a dediyinə görə, Muradov strateji və əhəmiyyətli əməliyyatlarda iştirak, eləcə də rəhbərlik etmiş yüksək rütbəli zabitlərdən biridir: “Onun münaqişələr, qeyri-müharibə şəraitində döyüş əməliyyatları kimi təcrübəsi var. Eyni zamanda xaraktercə adekvat olduğu üçün onunla ünsiyyətdə hər hansı problem yaranmır. Ona görə Rusiya rəhbərliyi ona etimad göstərir”.

Ekspert bildirdi ki, o, Müdafiə Nazirliyinin Cənub Hərb Dairəsinin müavinidir, bu dairə həm də Cənubi Qafqaza məsul deməkdir: “Bizim regionda baş verənlər Cənub Hərb Dairəsindən soruşulur. Ona görə Muradov əlahiddə tapşırıqla bu işlər üçün təlimatlandırıla bilir. Odur ki, gəlir-gedir, əsirlərin dəyişdirilməsində iştirak edir. Digər tərəfdən özünün qafqazlı olması bu məsələdə rol oynayır. Ümumiyyətlə, imperiya siyasətində bu məsələlərə diqqət yetirilir. Çar Rusiyasının ordusunda ”Vəhşi diviziya" var idi. Onların tərkibində çeçen suvarı alayı fəaliyyət göstərirdi və onun komandiri azərbaycanlı Feyzulla Mirzə xan Qacar idi. O, ilk generallardan biridir, ailəsi Şuşaya köçürülmüşdü və orada dünyaya gəlmişdi. Yəni çeçen alayının komandiri hansısa bir İvan, yaxud başqa rus knyaz ola bilməzdi. Rusiya bu gün də imperiya ambisiyaları ilə yaşayan ölkədir olduğu üçün eyni yanaşma var. Bir sözlə, Muradovun bu proseslərdə iştiraka cəlb edilməsində şəxsi keyfiyyətləri ilə yanaşı həm də onun bu regiondan olması rol oynayır".



Fərhad Mehdiyev

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev qeyd etdi ki, Muradov Rusiya komandanlığının və hökumətinin etimadını qazanıb. Onun sözlərinə görə, o, həm də tərəfləri tanıyır və vasitəçi rol oynayır: “Burada formal vəzifəsinə ehtiyac yoxdur. Onun nüfuzundan istifadə edilir və gələcəkdə təkrar vəzifəyə qaytarılması, yaxud xüsusi missiya verilməsi istisna bilər. Ancaq sülhməramlıların hazırkı komandanı Anaşkini niyə passiv vəziyyətdə saxlayıblar, bunun səbəbini ehtimal etmək çətindir”.



Züriyə Qarayeva

Siyasi şərhçi Züriyə Qarayeva deyir ki, R.Muradovun fəaliyyəti çox açıqlanmasa da, onun canfəşanlığının xüsusi hədəfə söykəndiyi məlumdur: “Digər tərəfdən Muradovun Qafqazda doğulması, müsəlman olması məsələsi gündəmə gəlirsə Azərbaycanın həssas nöqtəsi olur. Putinin də ona güvənməsi, konkret missiyası olmasa da, proseslərin gedişini idarə etməsi xüsusi nümayəndə olması ilə bağlı fikrə dəlalət edə bilər. Lakin bu barədə konkret sənəd olsaydı, ən azından Türkiyə və Rusiya mətbuatında işıqlandırılmış olardı”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 030
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 719
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter