• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Separatçılar Bakının Ağdam yoluna dair təklifini müzakirə edirlər? - GƏLİŞMƏ

  • 25.08.2023, 16:00,
  • Hadisə
  • Baxılıb: 29
Separatçılar Bakının Ağdam yoluna dair təklifini müzakirə edirlər? - GƏLİŞMƏ



AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, onun Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın Bakının Ağdam yolundan istifadə barədə təklifinə münasibəti barədə sorğusuna cavab olaraq Arutyunyanın mətbuat katibi Lusine Avanesyan dünən (avqustun 23-də) müxtəlif siyasi və ictimai dairələrlə qapalı müzakirə aparıldığını deyib.

Avanesyan bildirib ki, qapalı iclasda “Azərbaycanın blokadası nəticəsində Qarabağda yaranmış humanitar vəziyyət”, separatçıların növbəti addımları və “vəziyyətin həlli üzrə müxtəlif mərkəzlərdən alınmış vasitəçilik təklifəri” müzakirə olunub:

“Hər hansı qərar qəbul olunmayıb, amma müzakirələr davam edir və prezident Arutyunyan (separatçıların lideri Arayik Arutyunyan – red) ən yaxın vaxtlarda vəziyyət və hakimiyyətin yanaşmaları barədə ictimaiyyətə şəxsən məlumat verəcək”.

Arutyunyan ona Bakıdan təzyiqlər olduğunu bildirib
Azatutyun yazır ki, həmin iclasda Qarabağ müxalifətinin liderlərindən Metakse Akopyan da iştirak edib.

Onun sözlərinə görə Bakı Ağdam yolunun açılması üçün Xankəndiyə təzyiq göstərir və onun fikrincə Arutyunyan bu iclasları da bu barədə qərar qəbul edə bilmək üçün keçirir.

Akopyan əmin olduğunu bildirib ki, əgər Azərbaycanın tələbi qəbul olunsa, tələblərin sonu-axırı olmayacaq.

Amma o əlavə edib ki, “yazılı qaydada sənədləşdirilmiş təklif və kompromislərin müzakirəsini” dəstəkləyir.

Akopyanın sözlərinə görə hazırda Xankəndinə heç bir rəsmi yazılı təklif daxil olmayıb.

Akopyan bunu da deyib ki, Arayik Arutyunyan ona Azərbaycan tərəfindən təzyiqlər olduğunu, Ağdam yolundan istifadə tələbi irəli sürüldüyünü bildirib.

Adı açıqlamayan Avropa məmuru deyib ki...
Azatutyun yazır ki, Arayik Arutyunyanın mətbuat katibi vəziyyətin tənzimlənməsi üçün təkliflərin olduğunu təsdiq edib. Amma o təkliflərin hardan gəldiyini və məzmununu açıqlamayıb.

Azatutyun yazır ki, adının çəkilməsini istəməyən Avropa İttifaqı rəsmisi ona hazırda Xankəndi və Bakı arasında növbəti görüş məsələsinin dalana dirəndiyini deyib.

Avropa məmurunun sözlərinə görə Avropa Şurasının prezidenti Şarl Mişel Bakı və Xankəndi arasında dialoq məqsədilə görüşün mümkün qədər tez baş verməsini istəyir:

“Prezident Mişel Azərbaycan tərəfinə Laçın dəhlizinin Beynəlxalq Məhkəmənin qərarına uyğun olaraq və vəziyyətin daha da gərginləşməməsi üçün açılmasının təxirəsalınmaz zəruriliyini bildirib. O eyni zamanda Azərbaycan tərəfinin humanitar yardımın başqa marşrutlarla, o cümlədən Ağdam yolu ilə gətirilməsinə imkan yaratmağa hazır olmasını da nəzərə alır”.

Buna qədər...
Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir.

Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib.

Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir.

Azərbaycan Qarabağa humanitar ardımın gətirilməsi üçün Ağdam və Füzuli-Şuşa yollarını da təklif edib.

Separatçılar Laçın dəhlizinə alternativ olan hər hansı yolla gətiriləcək humanitar yardımdan imtina edirlər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 34
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 074
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 770
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter