• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Xankəndidəki xunta Ağdam yolunun açılmasına RAZIDIR - ŞOK DETALLAR

  • 23.08.2023, 14:47,
  • Siyasət
  • Baxılıb: 60
Xankəndidəki xunta Ağdam yolunun açılmasına RAZIDIR - ŞOK DETALLAR


Xankəndidəki hərbi cinayətkar xunta rejiminin başçısı Arayik Arutyunyan dünən qondarma “təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolu ilə yüklərin daşınmasına razı olduğunu bildirib.

“Bu barədə “Hraparak” yazır.

Nəşrin yazdığına görə, dünən Xankəndidə Arutyunyanın rəhbərliyi ilə keçirilən iclasda Ağdam yolunun açılması və bu yolla Qarabağa ərzaq və digər yüklərin daşınmasını iclas iştirakçılarının nəzərinə çatdırılaraq müzakirə edilib.

Məlumata görə, Ağdam-Xankəndi yolundan Qarabağdakı erməni icmasına zəruri ərzaq, qida, dərman və digər yüklər çatdırılacaq.

Sonrakı mərhələdə isə Qarabağa Azərbaycandan qaz, elektrik enerjisi və digər kommunikasiya vasitələri ilə təminat məsələsi həllini tapacaq.

Dünənki iclasda separatçıların qondarma "təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan da iştirak edib.

Yaxın günlərdə Samvel Babayan başda olmaqla Arayik Arutyunyan ətrafında formalaşan komandanın Azərbaycan tərəfi ilə görüşə gedəcəyi, digər məsələlərlə bağlı razılıqların əldə olunacağı istisna edilmir.

“Pastinfo” isə yazır ki, Xankəndidə Bakı ilə danışıqlara getmək üçün komanda yaradılıb: “Həmin komanda bu günlərdə Azərbaycan tərəfi ilə görüşə getməyə hazırlaşır. Böyük ehtimalla görüş Bərdə və ya Yevlaxda baş tutacaq”.

Arutyunyanın Azərbaycanla əlaqələr qurmasının əleyhinə olan komandanın “deputat”ı Davit Qalstyanın sözlərinə görə, Arutyunyan növbəti dəfə böyük güzəştə getməyə hazırlaşır.

Qalstyanın fikrincə, Ağdam yolu açılsa da, Laçın dəhlizində ciddi heç nə dəyişməyəcək.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter