Aİ ölkələri qazın maksimum qiymətilə bağlı razılığa gəliblər
- 20.12.2022, 09:51,
- İqtisadiyyat
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa İttifaqı (Aİ) ölkələri qazın qiymətinin maksimum həddi ilə bağlı razılığa gəliblər.
Bu barədə bazar ertəsi Aİ Şurasının iclasdan sonra yaydığı açıqlamada deyilir.
Məlumata əsasən, qəbul edilən qərar 2023-cü il fevralın 15-dən tətbiq olunacaq və 180 avro təşkil edəcək (min kubmetr üçün təxminən 1,85 min avro).
"Qazın qiymətinin korreksiyası mexanizmi fevralın 15-dən iki şərtlə aktivləşdirilə bilər: qazın qiyməti üç gün ərzində 180 avro səviyyəsində qalarsa və TTF (Aİ) qiymətləri ilə mayeləşdirilmiş təbii qazın orta qiyməti arasında fərq 35 avrodan çox olarsa", - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, Aİ ilə razılaşdırılmış qazın qiymətinin maksimumu bazarda qıtlıq yaranarsa istənilən vaxt dayandırıla bilər.
"Avropa Komissiyası Avropa bazarında Aİ-nin enerji təhlükəsizliyini təhdid edən qaz çatışmazlığının olduğunu hesab edərsə, mexanizm dayandırıla bilər", - deyə açıqlamada qeyd edilir.//Qaynarinfo