• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Rüstəm Muradov muradına çatmadı

  • 22.11.2021, 11:18,
  • Siyasət
  • Baxılıb: 105
Rüstəm Muradov muradına çatmadı


Noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində baş verən insident səbəbindən Rusiyanın Cənub Hərbi Dairəsinin komandan müavini Rüstəm Muradov məzuniyyətdən yarımçıq qayıdaraq iki ölkə arasında vasitəçilik etməyə başladı. Dünən Bakıya əsir götürülən təxribatçıların dalınca gələn Muradovun İrəvana geri qayıdanda təyyarədə özü ilə yalnız baş leytenant Taron Saakyanın meyitini apardığı məlum olub.

Bir sözlə, "ali" missiya ilə gələn general rəsmi Bakıdan umduğu "muradına" çatmayıb.

Baku.Tv bildirir ki, nə kəramətdirsə, Muradov adətən Bakıdan İrəvana gedəndə Ermənistanda hamı rus generalın ələ keçirilən erməni təxribatçıları özü ilə apardığı xülyasına düşür. Ola bilər, Muradov Ermənistandakı dostlarına məsələni həll edəcəyini söz verib. Lakin xatırlamaqda fayda var ki, rəsmi Bakı əli azərbaycanlı qanına batan bütün cinayətkarları qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edib. Yəni cinayət törədənlər buradan əl-qolunu sallaya-sallaya, kiminsə müşayiəti ilə geri qayıda bilməzlər.

Rus generalın dünən Azərbaycandan əliboş qayıtması, bir daha sübut etdi ki, rəsmi Bakını öz prinsipial mövqeyindən heç kim, heç nə çəkindirə bilməz. Ermənistanın istər öz revanşist hərəkətləri, istərsə də himayədarlarının diktəsi ilə atdığı istənilən təxribat ordumuz tərəfindən qətiyyətlə alınacaq. Bunu hər kəs nə qədər tez başa düşsə, bir o qədər vəziyyətdən daha zərərsiz çıxar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter