• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Azərbaycanda bələdiyyələr yeni icra strukturlarına uyğun olaraq formalaşdırılacaq

  • 21.01.2023, 11:31,
  • Siyasət
  • Baxılıb: 41
Azərbaycanda bələdiyyələr yeni icra strukturlarına uyğun olaraq formalaşdırılacaq


“Azərbaycanda bələdiyyələr yenidən formalaşmalıdır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda regional strukturların yaradılması istiqamətində iş aparılır, işğaldan azad olunan ərazilərdə artıq bununla addımlar atılıb, həm Qarabağ, həm də Şərqi Zəngəzurda Azərbaycan Prezidentinin Xüsusi nümayəndələri fəaliyyət göstərir:

“Bu strukturların formalaşması ilə dövlət büdcəsinə kifayət qədər qənaət olunacaq, vətəndaşlar üçün yaradılan bürokratik əngəllər aradan qaldırılacaq. Eyni zamanda, insanların get-gələ salınmamasında, problemlərin qısa zamanda həllində, əlçatanlığın təmin olunmasında bu islahatların mühüm rolu olacaq. Məsələn, Gəncədə iki rayon icra hakimiyyəti ləğv olundu, artıq kifayət qədər sadələşmiş mexanizmlə böyük şəhər idarə olunur. Digər tərəfdən, artıq Azərbaycanda iqtisadi zonalar yaradılıb. Belə olan təqdirdə avtomatik olaraq bələdiyyələrin də sayı azalacaq”.

Siyavuş Novruzov diqqətə çatdırıb ki, hazırda Azərbaycanda 1 606 bələdiyyə, 15 minə qədər bələdiyyə üzvü var:

“Bu qədər bələdiyyəyə ehtiyac yoxdur. Bizdə bələdiyyələrdə ən azı 5 üzv, ən çoxu 19 üzv var. Bu da həddindən artıq çoxdur. Təklifimiz var idi ki, hər kənddə 1 nəfər bələdiyyə üzvü, ən böyük kənddə 7 nəfər bələdiyyə üzvü seçilsin. Ancaq bələdiyyə institutu yeni yaradılan dövrdə bu format seçilmədi. Hətta ilk dövrdə Azərbaycanda 2 400 bələdiyyə var idi, sonra birləşmə nəticəsində 1 606 bələdiyyə qaldı. Gələcəkdə bilavasitə icra strukturlarının formasına uyğun şəkildə bələdiyyələr qurulacaq”.

Komitə sədri bu istiqamətdə iş getdiyini söyləyib:

“Həmçinin bununla bağlı sessiyanın əvvəllərində Milli Məclisdə dinləmə də keçirməyi planlaşdırırıq. Bu mövzu çox aktualdır”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 021
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 709
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter