• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

ABŞ və Avropa Birliyi İrəvana sarsıdıcı zərbələr endirir: Bakının Laçın yolunda şəffaflıq qərarı dəstəklənir

  • 09.03.2023, 09:30,
  • Siyasət
  • Baxılıb: 37
ABŞ və Avropa Birliyi İrəvana sarsıdıcı zərbələr endirir: Bakının Laçın yolunda şəffaflıq qərarı dəstəklənir


ABŞ və Avropa Birliyi Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqələri quraşdırmaq niyyətinə qarşı deyil, əksinə, bunun olduqca vacib olduğunu qabartdır... Sadəcə, eyham vurulur ki, rəsmi Bakının bu məsələdə Rusiya sülhməramlı qüvvələrini oyundankənar vəziyyətə sala biləcək daha effektiv varianta üstünlük verməsi də olduqca vacibdir...

Ermənistanın cəhdləri yenə boşa çıxır. Cənubi Qafqazda geopolitik proseslər Azərbaycanın maraqlarına uyğun cərəyan edir. Rəsmi İrəvan total şəkildə yalan informasiyalar üzərindən manipulyasiyalar etməyə çalışsa da, hədəfindən çox-çox uzaq qalmaqdadır. Və Cənubi Qafqazla bağlı, xüsusilə də, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına yönəlik bütün müzakirələrdə həm gündəliyi, həm də geopolitik şərtləri məhz rəsmi Bakı təyin edir.

Paşinyan hakimiyyəti hazırda əsas cəhdlərini Azərbaycanın Qarabağ regionuna beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinə nail olmağa indeksləşdirib. Rəsmi İrəvan ümid edir ki, Avropa Birliyinin mülki müşahidə missiyasını Ermənistana yerləşdirməyə nail olubsa, deməli, Azərbaycanın Qarabağ regionuna münasibətdə də oxşar prosesi təmin etmək mümkündür. Və bununla da Cənubi Qafqazda "erməni faktoru"nun təhlükəsizliyi tam təminat altına alınmış olar.

Ancaq Paşinyan hakimiyyətinin nəzərə almadığı bir neçə önəmli məqam mövcuddur. Üstəlik, bu önəmli məqamın geopolitik funksiyalarını dəyişmək rəsmi İrəvanın imkanlarından kənardadır. Və Ermənistan hazırda regional lider olan Azərbaycanın siyasi iradəsi altındakı Cənubi Qafqazda sadəcə, "geopolitik alət"dir.

ABŞ və Avropa Birliyi İrəvana sarsıdıcı zərbələr endirir: Bakının Laçın yolunda şəffaflıq qərarı dəstəklənir


Digər önəmli məqam ondan ibarətdir ki, Avropa Birliyinin mülki missiyasının Ermənistana yerləşdirilməsi ilə beynəlxalq faktaraşdırıcı missiyanın Azərbaycanın Qarabağ regionuna göndərilməsinə yönəlik eyni effekti verə bilməz. Çünki Avropa Birliyinin missiyası Ermənistan ərazisində yerləşdirilib və bu məsələ artıq rəsmi İrəvanın Rusiya ilə dərinləşən ziddiyyətlərinin predmetidir. Və rəsmi Bakı da narazı olsa da, bu məsələni Azərbaycanın maraqlarına hansısa zərbə vuracağı düşüncəsindən uzaqdır.

Azərbaycanın Qarabağ regionuna beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi isə yalnız rəsmi Bakının siyasi iradəsinə bağlıdır. Rəsmi Bakı icazə vermədiyi təqdirdə, nəinki beynəlxalq faktaraşdırıcı missiya, ümumiyyətlə, heç kim Azərbaycan sərhədlərini keçib, o bölgəyə yaxınlaşa bilməz. Beynəlxalq hüquqa görə, Xankəndi və ətraf bölgə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Rəsmi Bakı isə Qarabağ regionunda bütün məsələləri məhz Azərbaycan Konstitusiyası çərçivəsində həll etmək qərarını rəsmən bəyan edib. Və bu reallığı heç kimin dəyişmək şansı yoxdur.

Digər tərəfdən, Qərb Avropa Birliyi missiyasının Ermənistanda yerləşdirilməsində birbaşa maraqlı idi. Hər halda, Kremlin for-postu olan Ermənistanda Rusiyanın hegemonluğuna şərik çıxmaq baxımından bu, önəmliydi. Və Qərb bu hədəfinə böyük ölçüdə artıq nail olmuş kimi görünür.

Azərbaycan isə Ermənistandan fərqli olaraq, Rusiyanın təsir dairəsindən kənarlaşmağı bacarmış regional liderdir. Rəsmi Bakı Kremllə münasibətlərini bərabərhüquqlu əməkdaşlıq prinsipləri çərçivəsində qurub və Azərbaycan müstəqil xarici siyasət yürüdür. Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşı olan Azərbaycanla daha sıx münasibətlər indi Qərb siyasi iradə mərkəzləri üçün böyük əhəmiyyət daşıyır. Və Qərbdə çox gözəl anlayırlar ki, erməni avantürası olan "beynəlxalq faktaraşdırıcı missiya" ilə bağlı mövzunun müzakirəsi belə, rəsmi Bakı sərt reaksiyasına, münasibətlərin korlanmasına səbəb ola bilər.

Təbii ki, Qərb siyasi dairələri üçün Azərbaycanla münasibətlərin korlanması qətiyyən sərfəli deyil. Çünki bu, rəsmi Bakını Qərblə məsafə saxlamasına, Rusiyanın regionda mövqelərinin yenidən möhkəmlənməsinə əlavə imkanlar açar. Eyni zamanda, hətta bütün bu Qərb üçün neqativ məqamlar olmasaydı belə, beynəlxalq faktaraşdırıcı missiya mövzusu Qərbin maraqları ilə uzlaşmır.

ABŞ və Avropa Birliyi İrəvana sarsıdıcı zərbələr endirir: Bakının Laçın yolunda şəffaflıq qərarı dəstəklənir


Məsələ ondadır ki, hazırda Qarabağda "erməni faktoru" dəstək vermək Qərbə qətiyyən sərfəli deyil. Əksinə, ABŞ və Qərb Azərbaycanın Qarabağ regionunda öz suveren hüquqlarını bərpa etməsində maraqlı olduğunu sezdirir. Çünki bu, Rusiya sülhməramlı qüvvələrinin bölgədən çıxarılmasını tezləşdirə bilər. Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxması isə ilk növbədə Ermənistandakı rus hərbi bazasının ləğvinə münbit şərait yaradar.

Göründüyü kimi, rəsmi İrəvanın "beynəlxalq faktaraşdırıcı missiya" iflasa məhkumdur. Rəsmi Bakının Rusiya xarici işlər naziri Sergey Lavrovu Azərbaycandan əliboş geri göndərməsi Qərb siyasi dairələrində də böyük məmnunluq doğurub. Hər halda, ABŞ və Qərb Cənubi Qafqazda Azərbaycanın timsalında qətiyyətli və prinsipial tərəfdaşın mövcud olmasından artıq tamamilə əmindir. Və bu, Qərb siyasi dairələrinə Cənubi Qafqaz manevrlərini məhz Azərbaycanın maraqları ilə uzlaşdırmaq imkanları vəd edir.

Maraqlıdır ki, ABŞ və Avropa Birliyinin təmsilçilərinin Bakıya son səfərlərinin nəticələri də sülh prosesinin Azərbaycanın geopolitik iradəsi altında olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin Brüssel formatını dəstəklədiyini bəyan etməsi Qərbdə pozitiv faktor kimi qarşılanır. Buna paralel olaraq, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bononun Ağ Evdə Azərbaycanın Laçın yolu ilə bağlı narahatlığının anlayışla qarşılandığını vurğulaması da qətiyyən boşuna deyil. Çünki amerikalı diplomat ABŞ-ın Azərbaycanın Laçın yolu ilə bağlı təhlükəsizlik maraqları olduğunu qəbul etdiyini dilə gətirməyi da unutmayıb.

Belə anlaşılır ki, ABŞ və Qərb Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqələri qurmasına qarşı deyil. Çünki Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın bu məsələ ilə bağlı açıqlaması da amerikalı diplomatın dediklərini təkrarlayır. Bu, o deməkdir ki, Azərbaycanın Laçın yolu ilə bağlı təhlükəsizlik maraqlarına münasibətdə ABŞ və Avropa Birliyinin ortaq mövqeyi mövcuddur.

ABŞ və Avropa Birliyi İrəvana sarsıdıcı zərbələr endirir: Bakının Laçın yolunda şəffaflıq qərarı dəstəklənir


Məsələ ondadır ki, Avropa Birliyinin xüsusi nümayəndəsi Laçın yolundan necə istifadə edilməsini məsələsində şəffaflıq ideyasının tamamilə qanunauyğun olduğunu vurğulayıb. Onun fikrincə, Laçın yolu ilə hərbi məqsədlər üçün istifadə oluna biləcək yüklərin daşınması yolverilməzdir: "Bu və şəffaflığın təmin edilməsi üçün yolları müzakirə mövzusu ola bilər. Vaxtilə bununla bağlı mümkün variantlardan biri kimi, Laçın yolu ilə yükdaşımalarına rus sülhməramlıların daha yaxşı nəzarət edə bilmələri üçün blokpostlara xüsusi avadanlıqların quraşdırılması artıq müzakirə olunub. Ancaq şəffaflığı təmin etmək üçün başqa variantlar da mövcuddur. Və onların hamısını detallı şəkildə müzakirə etmək vacibdir".

Avropa Birliyinin xüsusi nümayəndəsinin nə demək istədiyini anlamaq o qədər də çətin deyil. T.Klaar Avropa Birliyinin Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqələri quraşdırmaq niyyətini dəstəklədiyini biruzə verməyə çalışır və bu ideyanın beynəlxalq hüquqa uyğun olduğunu qabardır. Üstəlik, avropalı diplomat Laçın yolunda rus sülhməramlıların işini yüngülləşdirə biləcək avadanlıqların quraşdırılmasına müsbət yanaşılmadığına da eyham vurur. Çünki onun xüsusi vurğu ilə "şəffaflığı təmin etmək üçün başqa variantlar da var" deməsi boşuna deyil.

Buradan belə nəticə çıxarmaq olar ki, ABŞ və Avropa Birliyi Laçın yoluna Rusiya sülhməramlı qüvvələrinin deyil, məhz Azərbaycanın nəzarət etməsini vacib hesab edirlər. Bu, Rusiyanın bölgədən daha tez çıxarılmasına münbit şərait yarada bilər. Əslində, şəffaflıq məsələsini yenidən rus sülhməramlıların öhdəsinə buraxılması böyük səhv olardı. Çünki hazırda erməni terrorçuları dəstəkləyən, onlara silah-sursat daşınmasını təmin edən elə rus sülhməramlılardır. Ona görə də, Azərbaycanın Laçın yolunda birbaşa nəzarət-buraxılış məntəqələri quraşdırması qaçılmazdır.

Göründüyü kimi, ABŞ və Avropa Birliyi də buna qarşı deyil, əksinə, hətta rəsmi Bakıya dəstək verdiyini də dolayısı ilə sezdirir. Bu baxımdan, amerikalı və avropalı diplomatların son açıqlamaları Paşinyan hakimiyyətinin təxribat siyasətinə sarsıdıcı zərbə hesab oluna bilər. Və belə davam edərsə, həm Rusiyanın "parala hökm sür" siyasəti, həm də Ermənistanın terrorizm vərdişləri əks nəticələr verəcək.(musavat.com)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 025
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 714
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter