• 11:41 – İlham Əliyev Yəmənin Azərbaycandakı yeni səfirini qəbul edib 
  • 11:13 – İlham Əliyev Mavritaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib 
  • 11:32 – Prezident Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib 
  • 14:47 – Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar 

Əliyev Paşinyana sarsıdıcı zərbə vurdu: Bakı Qərbin “qapılar”ını İrəvanın üzünə qapadır

  • 16.03.2023, 09:30,
  • Siyasət
  • Baxılıb: 23
Əliyev Paşinyana sarsıdıcı zərbə vurdu: Bakı Qərbin “qapılar”ını İrəvanın üzünə qapadır


Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya səfərinin nəticələri Ermənistan baş naziri Nikol Paşinyanın həmin ölkədə bütün əldə etdiklərinin hamısını sıfırladı... Almaniyada, eləcə də Avropa Birliyi məkanında Ermənistandan fərqli olaraq, Azərbaycan öz tərəfdaşlarına iqtisadi və enerji sahələri üzrə geniş əməkdaşlıq potensialı təqdim edən, Qərb sərmayəsi üçün olduqca cəlbedici ölkədir...

Azərbaycan Ermənistanı Avropa məkanından da sıxışdırır. Halbuki, bir müddət öncəyə qədər rəsmi İrəvan “timsah gözyaşları” ilə bəzi Avropa ölkələrini Ermənistana siyasi dəstək verməyə inandıra bilirdi. Həmin Avropa ölkələrinin Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı Azərbaycanı ittiham etməyə üstünlük verməsi məhz Ermənistanın yalan informasiyalar ilə manipulyasiya etməsinin nəticəsi idi.

Ancaq son vaxtlar bu istiqamətdə vəziyyət tədricən dəyişməyə başlayıb. Artıq bir çox Qərb ölkələri Ermənistanın dəstəklənməsinə yönəlik mövqelərinə yenidən baxmağa üstünlük verirlər. Qərbdən verilən açıqlamalarda Azərbaycanın maraqlarına daha həssas yanaşmaq cəhdləri açıq-aşkar nəzərə çarpır. Bu isə o deməkdəir ki, 44 günlük müharibədə biabirçı hərbi məğlubiyyətə uğramış Ermənistanı artıq informasiya savaşını da tədricən uduzmaq üzrədir.

Təbii ki, Avropa məkanında Cənubi Qafqaza yönəlik siyasi mövqelərin dəyişməsində rəsmi Bakının uğurlu diplomatik manevrlərinin inkaredilməz rolu var. Rəsmi Bakı Avropa məkanında Ermənistanın yalan informasiyalarını ciddi əks arqumentlərlə ifşa etməklə yanaşı, Azərbaycanın iqtisadi potensialını real geopolitik faktora çevirməyi bacarıb. Və indi artıq Ermənsitan beynəlxalq məkanda Fransadan başqa ciddi himayədar tapmaqda çətinlik çəkir.

Maraqlıdır ki, rəsmi İrəvan baş nazir Nikol Paşinyanın Almaniya səfərini böyük diplomatik uğur kimi təqdim etməyə çalışırdı. Əsas arqumentlərsə, ondan ibarət idi ki, Almaniya kansleri Olaf Şolts erməni baş nazirlə mətbuat konfransında Azərbaycan-Ermənistan münaqişəsi ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında, sülh yolu ilə həll edilməli olduğunu bildirmişdi. Ardıncasa, alman kansler “Dağlıq Qarabağ problemi”nin həllində “xalqların özünütəyinetmə prinsipi”nin vacubliyini vurğulamışdı.

Təbii ki, rəsmi İrəvan kansler Olaf Şoltsun bu açıqlamasını bir tərəfdən Aımaniyanın Ermənistan üçün təhlükəsizlik qarantı rolunu oynamağa hazır olması kimi yozmağa çalışırdı. Eyni zamanda, Ermənistan siyasi dairələri Almaniyanın “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkibindən kənarda mövcudluğunu dəstəklədiyini iddia edirdi. Və Ermənistan mətbuatı da Paşinyan hakimiyyətinin “böyük diplomatik qələbəsi”ndən bəhs etməyə başlamışdı.

Ancaq erməni toplumuna təbliğ edilən bu “böyük diplomatik qələbə”nin ömrü o qədər də uzun çəkmədi. Belə ki, tezliklə Almaniya hökumətinin saytında kansler Olaf Şoltsun erməniləri sevindirən cümlələr çıxarıldı. Bununla da məlum oldu ki, Almaniyada Azərbaycan diplomatiyası daha güclü təsir gücünə malikdir.

Ancaq rəsmi Bakının Avropa manevrləri yalnız bununla məhdudlaşmadı. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya səfəri Ermənistan baş naziri Nikol Paşinyanın bütün əldə etdiklərini sıfırladı. Məlum oldu ki, Almaniya Azərbaycan və Ermənistan arasında balansı qoruyub saxlamaq niyyətindədir Və hətta bəzi faktorlar üzrə Azərbaycanın Almaniya üçün əhəmiyyəti daha ağır basır.

Məsələ ondadır ki, baş nazir N.Paşinyan Almaniyada səfərdə olarkən bu ölkənin erməni mənşəli biznes adamları ilə görüşmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev isə ondan fərqli olaraq, Almaniyanın nəhəng şirkətlərinin nüfuzlu təmsilçiləri toplantı keçirtdi. Və Almaniya sərmayesinin Azərbaycana cəlb edilməsi istiqamətində önəmli addımlar atdı.

Digər tərəfdən, Almaniya kansleri Olaf Şolts Prezident İlham Əliyevlə birgə mətbuat konfransında Azərbaycanın həm Almaniya, həm də Avropa İttifaqı üçün getdikcə daha vacib tərəfdaşa çevrildiyini vurğuladı: “Azərbaycan həm Almaniyaya, həm də Avropa İttifaqına enerji tədarükü üçün böyük potensiala malikdir”.

Bu baxımdan, Almaniyada, eləcə də Avropa Birliyi məkanında Ermənistandan fərqli olaraq, Azərbaycan öz tərəfdaşlarına iqtisadi və enerji sahələri üzrə geniş əməkdaşlıq potensialı olan ölkə kimi qəbul olunur. Yəni, Qərb sərmayəsi üçün Azərbaycan yeni və cəlbedici məkandır. Və bu, həm Azərbaycan, həm də Avropa şirkətləri üçün geniş tərəfdaşlıq imkanları açır.

Ona görə də, Almaniya kanslerinin Azərbaycan Prezidenti ilə mətbuat konfransında öz sözlərinə şəxsən düzəliş etməsi də diqqəti çəkir. Çünki o, bildirib ki, Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması yalnız indi mövcud olan beynəlxalq hüquq normaları əsasında nizamlanmalıdır: “Biz münaqişənin sülh yolu həllindən danışarkən, təbii ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyünün təmin edilməsini nəzərdə tuturuq. Eyni zamanda, hər iki ölkə xalqının hüquq və azadlıqları beynəlxalq hüquq normalarına uyğun qorunmalıdır. Almaniya təbii ki, burada öz dəstəyini verməyə hazırdır”.

Göründüyü kimi, alman kansler yalnız hər iki ölkənin xalqlarının ümumi şəkildə hüquqlarının qorunmasından danışır. Yəni, Azərbaycanın Qarabağ regionunda yaşayan erməniləri ayırmir. Üstəlik, kansler O.Şoltsun açıqlamasında Qarabağda yaşayan ermənilər sadəcə, etnik azlıq kimi qeyd olunur. Və Almaniyanın heç vaxt “Dağlıq Qarabağ”ın “müstəqilliyini” tanımadığı isə xüsusi olaraq, qabardılır.

Təbii ki, bütün bunlar Almaniya səfərindən hansı ölkənin liderinin siyasi-diplomatik üstünlüklə qayıtdığını anlamağa imkan verir. Prezident İlham Əliyevin səfərinin nəticələri də göstərir ki, Almainya Azərbaycanla iqtisadi və enerji sahələri üzrə daha sıx tərəfdaşlıqda birbaşa maraqlıdır. Xüsusilə də, Avropa məkanında enerji resurslarına çıxış imkanlarının məhdudlaşdığı bir şəraitdə bu, olduqca vacib faktordur.

Belə anlaşılır ki, Prezident İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanı yalnız Cənubi Qafqazda deyil, Avropa məkanında da küncə sıxışdırmağa başlayıb. Rəsmi Bakının bu siyasi-diplomatik uğurları Ermənistanın daha ağır duruma salınması üçün münbit şərait yaradır. Və tezliklə maliyyə-iqtisadi böhrana düçar olma təhlükəsi qarşısında qalan Ermənistanın Azərbaycanın sərt təzyiqləri qarşısında duruş gətirmə şansı demək olar ki, mövcud deyil.(Yeni Müsavat)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 300
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 5 084
  • 66
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter