• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Parisin Qafqazdakı cəhdləri uğursuz oldu: “Fransanın yeni dünya düzənində yeri yoxdur” - FOTO

  • 15.05.2023, 09:00,
  • Siyasət
  • Baxılıb: 49
Parisin Qafqazdakı cəhdləri uğursuz oldu: “Fransanın yeni dünya düzənində yeri yoxdur” - FOTO


“Fransa tam başa çatması, tarixin arxivinə göndərilməsi an məsələsi olan münaqişəni yenidən alovlandırmaq istəyir. Paris bu məsələdə “müstəsna” rol oynamaq üçün hətta Ermənistana hərbi-siyasi, hüquqi-iqtisadi dəstək verir. Azərbaycan isə olduqca doğru addımlar atır”.

Bunu “Report”a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
Parisin Qafqazdakı cəhdləri uğursuz oldu: “Fransanın yeni dünya düzənində yeri yoxdur” - FOTO

O bildirib ki, Fransa 2020-ci ildə baş verən 44 günlük müharibə nəticəsində məğlub olan ölkənin, Ermənistanın yanında yer alıb: “Rəsmi Paris Azərbaycana qarşı dəyişməz mövqedə israr etməkdə maraqlıdır”.

Ekspertin sözlərinə görə, Afrikada 15-ə yaxın dövləti hələ də müstəmləkə kimi istismar edən, həmin ölkələrdən qanunsuz olaraq vergi alan Fransanın yeni formalaşan dünya düzənində yeri yoxdur və bu açıq-aşkar görünür: “Vaxtı ilə mövcud olmuş və hazırda özünün tənəzzül dövrünü yaşayan BMT-dən sonrakı dövrdə də Fransaya yer olmayacaq. Biz bunu Fransa Prezidenti Emmanuel Makronun Çinə səfərində, həmçinin Parisin Ankara və Moskva ilə münasibətlərində görə bilərik”.

Analitik bildirib ki, Rusiya-Ukrayna müharibəsi Qafqazda boşluq yaradıb və Fransa bu boşluğu Ermənistan və İran kimi məğlub dövlətlərin əli ilə doldurmağa çalışır: “Sülh prosesində ermənilərin müdafiəsi, Laçın yoluna görə Senatda qəbul edilən qətnamələr, artıq tarixə qovuşmuş ATƏT-in Minsk qrupunun dirçəldilməsinə yönəlik cəhdlər, Azərbaycana qarşı beynəlxalq təşkilatlarda mövqelər bunun açıq sübutudur. Fransa gah Qarabağa, gah sərhəddə, gah Ermənistandakı səfirliyinə hərbi gözlə baxmaqla (hərbi attaşe təyinatı-red) proseslərdə nişangaha, gülləyə, mərmiyə üstünlük verir. Bu da BMT Təhlükəsizlik Şurası üvünün beynəlxalq sülhün təsisatındakı rolunu kölgə altına salır”.

Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

Hazırda Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir.

Bu görüş Brüssel formatının bərpasıdır. Çünki Praqada keçirilmiş danışıqlardan sonra Brüssel formatının həyata keçirilməsində müəyyən problemlər yaranmışdı. Belə ki, Parisin müdaxiləsi nəticəsində Fransa və Ermənistan məqsədyönlü şəkildə dördtərəfli formatda görüşün keçirilməsini istəyirdilər və bu istiqamətdə çalışırdılar. Amma Azərbaycan tərəfi buna razı olmadı və nəticə etibarilə də Azərbaycanın iradəsi və qəti mövqeyi sayəsində Brüssel formatında görüş keçirilir və bu danışıqlar Fransasız baş tutur. N.Paşinyan və Ermənistan tərəfi də israrlı şəkildə bu formatda iştirak etməyəcəyini deyərək danışıqlardan boyun qaçırırdılar. Amma sonunda özləri durub gəlməli oldular.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 030
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 719
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter