Ədalət Muradov: Xocalı qətliamı ermənilərin XX əsrdə xalqımıza qarşı törətdiyi növbəti soyqırımı aktıdır
- 23.02.2023, 13:21,
- Sosial
Baxılıb: 83
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov - Xalqımızın başına XX əsrdə olmazın bəlalar açılıb. Rusiyanın əzəli torpaqlarımızı işğal altında saxladıqları dövrdə buraya köçürülən ermənilər ötən əsrin əvvəllərində yaranmış vəziyyətdən sui-istifadə edərək, soydaşlarımıza qarşı qətliamlar törətmişlər. 1905-1906-cı illərdə, 1918-20-ci illərdə ermənilər yüz minlərlə insanı milli mənsubiyyətinə görə məhv etmişdilər. Bu qətliamlar Bakı şəhəri başda olmaqla, müsəlmanların yaşadığı digər iri yaşayış məntəqələrini də əhatə edirdi. Sovet işğalı dövründə əzəli torpaqlarımız hesabına yaradılan Ermənistan Respublikasının ərazisində vaxtaşırı soydaşlarımızın kütləvi şəkildə deportasiyası da xalqımıza qarşı düşünülmüş cinayətlərin tərkib hissəsi idi.
Bu gün Xocalı soyqırımının törədilməsindən 31 il keçir. 26 fevral 1992-ci il tarixində ərazilərimizdə qanunsuz fəaliyyət göstərən erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı alayın köməyi ilə Xocalı şəhərinin sakinlərinə qarşı soyqırımı törətdilər. Sırf azərbaycanlı olduqlarına görə şəhərin sakinlərinə, o cümlədən qoca, qadın və uşaqlara gecəvaxtı amansız divan tutdular. Qanlı akt zamanı yüzlərlə Xocalı sakini qətlə yetirildi, xəsarət aldı, şikəst oldu və əsir düşdü. Rəsmi məlumata görə, Xocalı soyqırımı nəticəsində 613 Xocalı sakini qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 8 ailə tamamilə məhv edilib. Qətliam törədildiyi gecə 487 nəfər yaralanıb, 1275 nəfər Xocalı sakini əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı şəhərində qətliama qədər 7 min əhali yaşayırdı. Rayonun digər kəndləri də sonradan boşaldılıb və dağıdılıb. Hazırda rayonundan olan 15 min nəfərə məcburi köçkün Azərbaycanın digər yaşayış mənqətələrində müvəqqəti məskunlaşmışlar.
Qeyd edək ki, erməni faşistlərinin bir gecədə bəşəriyyətə qarşı törətdikləri soyqırımının dünyaya tanıdılması, Ermənistanın həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində son 31 ildə xeyli iş görülüb. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra xalqımızın başına açılan digər faciələr kimi, Xocalı soyqırımına da hüquqi və siyasi qiymət verilməsi mümkün oldu. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Sözügedən sənəddə faciənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Ümummilli Liderimizin “Xocalı soyqırımının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevralın 26-sı saat 17.00-da Azərbaycan Respublikasının bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılır.
Hazırda Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Bu fəaliyyətin nəticəsində bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyıb. Dövlət səviyyəsində Pakistan və Sudan, parlament səviyyəsində Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və digər ölkələr, o cümlədən ABŞ-ın 20-dən çox ştatı Xocalı faciəsini qətliam kimi tanıyıb.
Qeyd edək ki, bu gün də Xocalı soyqırımının dünyaya tanıdılmasında istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu baxımdan ardıcıl və səmərəli fəaliyyəti ilə seçilir. Eyni zamanda, hər il xarici ölkələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində tədbirlər keçirilir.
Habelə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilib. Bakıda, regionlarda, həmçinin xaricdəki diasporlarımızın maddi-mənəvi dəstəyi ilə xarici ölkələrin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Sözsüz ki, Azərbaycan dövləti və xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq və onu törədənlərin ifşası və cəzalandırılması üçün bütün istiqamətlərdə fəaliyyətlərini davam etdirəcək.
Tarixi xronologiyaya nəzərə yetirsək, Xocalı qətliamı XX əsrdə xalqımıza qarşı ermənilər tərəfindən törədilən son soyqırımı hesab etmək olar. Xalqımıza qarşı düşmən kəsilənlər bir gecədə Xocalı şəhərini yox etdilər. Ona görə də heç bir şübhəsiz, Xocalı qətliamı ermənilərin XX əsrdə xalqımıza qarşı törətdiyi növbəti soyqırımı aktıdır.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 103
- 5 501
- 10-02-2022, 10:36
- 28 410
- 244
- 7-04-2022, 11:57
- 21 574
- 207
- 26-04-2019, 16:16
- 16 137
- 45
- 18-09-2019, 10:29
- 13 651
- 119
- 12-12-2020, 12:00
- 13 379
- 92
- 11-04-2022, 16:00
- 11 850
- 12
- 15-05-2019, 20:27
- 11 072
- 54
- 24-05-2020, 23:28
- 9 982
- 3
- 26-04-2019, 15:39
- 9 469
- 99
- 27-04-2019, 10:08
- 9 043
- 2
- 23-10-2019, 21:00
- 8 058
- 1
- 29-11-2019, 09:00
- 7 906
- 3
- 13-05-2020, 22:05
- 7 764
- 0
- 28-04-2019, 20:56
- 7 530
- 2
- 23-04-2019, 21:57
- 7 298
- 2
- 11-03-2022, 12:24
- 310 103
- 5 501
- 10-02-2022, 10:36
- 28 410
- 244
- 7-04-2022, 11:57
- 21 574
- 207
- 7-11-2019, 09:36
- 6 081
- 124
- 18-09-2019, 10:29
- 13 651
- 119
- 26-04-2019, 15:39
- 9 469
- 99
- 12-12-2020, 12:00
- 13 379
- 92
- 22-12-2021, 14:22
- 4 748
- 57
- 10-02-2023, 10:54
- 4 283
- 55
- 15-05-2019, 20:27
- 11 072
- 54
- 26-04-2019, 16:16
- 16 137
- 45
- 14-01-2020, 09:33
- 6 807
- 20
- 11-04-2022, 16:00
- 11 850
- 12
- 27-03-2021, 14:25
- 4 977
- 7
- 29-11-2021, 09:36
- 4 570
- 5
- 29-09-2020, 11:15
- 4 992
- 5
- 24-09-2020, 11:41
- 5 027
- 5
- 16-05-2019, 14:19
- 6 922
- 5
- 15-05-2019, 09:47
- 5 261
- 5
SOSİAL ŞƏBƏKƏLƏR