• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Mətanət İsgəndərlinin gəlini kirayə qaldığı evdən qovuldu: “Dörd ev, dörd maşını var”

  • 30.03.2021, 15:02,
  • Şou
  • Baxılıb: 60
Mətanət İsgəndərlinin gəlini kirayə qaldığı evdən qovuldu: “Dörd ev, dörd maşını var”


“Uşaqlarıma çox acı çəkdirirlər, onlar bu şəraitdə böyüməməlidirlər. İndiyə kimi uşaqlarım üçün şərait qurmadım, çünki Mətanət İsgəndərli və Kərimə güvənirdim. Mətanət xanım hər zaman deyirdi ki, onların gələcəyi haqda heç nə düşünmə, hər şeyi edəcəyəm. Hətta deyirdi ki, Tuncayın xaricdə oxuması üçün indidən vəsait ayıracağam. Anamı toyumdan iki ay sonra itirdim. Əgər sağ olsaydı, mənə bu əziyyətləri çəkdirə bilməzdilər, hər şeyim olardı. Heç bir qayınanadan ana olmaz”.
Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidova (Canan) deyib. O bildirib ki, kirayədə qaldıqları evə üç min manat borcu var və ev sahibi onları həmin mənzildən çıxarıb:

“Sağ olsun ev sahibi, bu günə kimi bizə güzəştə getdi. Evin qiyməti 800 manat olduğu halda 600-ə qədər endirim edirdi. Amma onu da ödəyə bilmədik. Tuncay atasına dəfələrlə mesaj yazdı ki, kirayə pulunu ödəyin, yoxsa kompüterim burada qalacaq. Belə olsa, uşaq onlayn dərslərə girə bilməyəcək. Elə də oldu, kompüteri evdə qoymalı olduq. Əvvəl qaldığımız evin yerində bina tikən şirkət hər ay 1200 manat ödəyir. Onu belə bizə vermirlər.

Mənim tək istəyim övladlarımın haqqıdır. Onların dörd ev, dörd maşını var. İndi boşanma davasına görə bütün mülk və maşınları Kərimin adından çıxarırlar. Ayrılanda mal bölgüsü olmasın deyə, adında heç nə saxlamayıb. Mənim üçün Kərimin aldığı maşın adıma deyildi, belə olacağını ağlıma gətirmirdim, ona görə etibarnamə ilə sürürdüm. İndi Kərim onu da ögey qardaşının adına keçirib.

Çox sevinirəm ki, artıq o ailədən uzağam. Amma gərək ayrılanda da normal ayrılasan. Belə pisliklərlə yox. Tək istəyim övladlarımı kirayələrdə, əziyyətlə böyütməməkdir. Onlara bir ev versinlər. Mənim hər əl atdığım işdə yolumu bağlayırlar ki, vəziyyətim pisləşsin, övladlarımı əlimdən alsınlar”.

Aynur Həmidova bildirib ki, martın 31-də məhkəmə olacaq.

Qeyd edək ki, Kərimlə Aynurun üç övladı var. Onlar bir müddət əvvəl qalmaqallı şəkildə ayrılıblar. Canan Kərimin ona və qızına şiddət göstərdiyini deyib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 16
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 055
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 745
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter