• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Beyons dəfələrlə uşaq saldığını etiraf etdi

  • 11.12.2019, 10:00,
  • Şou
  • Baxılıb: 63
Beyons dəfələrlə uşaq saldığını etiraf etdi


ABŞ-ın “Elle” jurnalına müsahibə verən dünya şöhrətli pop ulduz Beyons həyatında yaşadığı acı günləri yada salıb.
Sənətçi hamiləlik vaxtı dəfələrlə uşaq saldığını etiraf edib.

“Həyat mənə lazım olan dərsləri özüm də bilmədən öyrətməyə başladı. İndi ağrı və zərərin bir hədiyyə olduğunu öyrəndim. Boşanma mənə öyrətdi ki, əvvəlcə özünə necə qulluq etməyi öyrənməlisən və yalnız bundan sonra ana ola bilərsən”.

2012-ci ildə böyük qızı Mavi İvi anadan olandan sonra Beyons həyat və tale kitabında yeni səhifə açıb.
“Ölüb yenidən doğulurdum, özümü daha da canfəşanlıqla axtarırdım. Ən yaxşı olmaq üçün bir hədəfim yoxdur. Sadəcə sənət və məni yaşadan bir irs yaradıram,”- deyə pop ulduz vurğulayıb.

38 yaşlı pop-diva, özünü sevməyin nə demək olduğunu bu cür izah edib:

“Əgər 15 il əvvəl bədənimin bu cür dəyişikliklərə məruz qalacağını və üstəlik, qadınlıq hiss edib formalarımı qəbul edəcəyimi söyləsəydilər, inanmazdım. Analıq mənə yalnız öz görünüşümə dəyər verməyi öyrətdi, digər insanların fikirlərindən qurtulmaq isə mənə azadlıq verir”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter