Nizami Qasımzadə: Məktəb fəaliyyətdə olduğu müddət ərzində bir çox uğurlar qazanmışdır
- 15.02.2022, 11:30,
- Təhsil
Baxılıb: 168
Facebook
Вконтакте
Одноклассники
Google+

“İşğaldan azad olunmuş ərazilərimizin - Şərqi Zəngəzurun və Qarabağın bərpası istiqamətində kompleks tədbirlər görülür. Demək olar ki, yalnız dövlətimizin maliyyə imkanları hesabına, heç bir kənar maliyyə dəstəyi olmdan yeni şəhər və kəndlər salınır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun, minlərlə kilometr avtomobil yolunun çəkilməsi, həmçinin abadlıq-quruculuq işləri çərçivəsində icra olunan digər layihələr ölkəmizin gücünü və qüdrətini nümayiş etdirir. Baxmayaraq ki, son illər məlum səbəblərdən dünyada bütün sahələrdə ağır böhran yaşandı və bu gün də onun fəsadları tam aradan qaldırılmayıb. Amma ölkəmizin sahib olduğu iqtisadi imkanlar, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə görülən qabaqlayıcı kompleks tədbirlər sayəsində Azərbaycan bu sınaqlardan üzüağ çıxdı. Bunun bariz nümunəsi özünün maliyyə imkanları hesabına dövlətimiz tərəfindən qısa müddətdə işğaldan azad olunmuş ərazilərimizdə görülən işlərdir. Təkcə 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır”.
Bu fikirləri 272 nömrəli tam orta məktəbin direktoru Nizami Qasımzadə deyib.
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdam rayonuna səfəri zamanı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışları, həmçinin Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və yeni yaşayış kompleksinin təməllərinin qoyulması burada aprılan kompleks tədbirlərin miqyasını və əhəmiyyətini göstərir. Ən vacib məqamlardan biri, təbii ki, doğma yurdlarına qayıdacaq sakinlərin məşğulluğunun təmin olunmasıdır. Bu baxımdan Ağdam Sənaye Parkının əhəmiyyətinin miqyası çox böyükdür. Sənaye Parkı ümumilikdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında, sahibkarlığın genişləndirilməsində mühüm rol oynayacaq. Bu gün ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli şərait mövcuddur, onlara hərtərəfli dövlət dəstəyi göstərilir. İşğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Ağdamda onların səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradılır. Bütün bu tədbirlər ölkəmizin iqtisadi qüdrətinə daha da güc qatacaq”.
“Mən işğaldan azad olunmuş ərazilərimizdə Heydər Əliyev Fondu tərəfindən görülən işləri xüsusi olaraq vurğulamaq istərdim. Belə ki, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond Qarabağdakı dini abidələrimizin, məscidlərimizin restavrasiyasına başlayıb və burada aparılan digər işlərə mühüm töhfələr verir. Ağdam Cümə məscidinin bərpa-restavrasiyasını da Fond həyata keçirir. Yaxın vaxtlarda bu məscidin də əvvəlki tarixi görkəmi özünə qaytarılacaq, burada olan erməni vandallığının bütün izləri aradan qaldırılacaq. Qeyd edim ki, işğal dövründə ən çox dağıntılara məruz qalan ərazimizdən biri Ağdam rayonu olub. Bura, demək olar ki, xarabalığa çevrilmişdi. Artıq bu gün dövlətimiz tərəfindən aparılan yenidənqurma və bərpa işləri sayəsində rayonun mənzərəsi dəyişməkdədir. İnanırıq ki, yaxın gələcəkdə rayonun bərpası tamamilə yekunlaşacaq və Azərbaycanın inkişaf etmiş rayonlarından birinə çevriləcək”.
**
Bakı Şəhəri Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəb 1985-ci ildə fəaliyyətə başlayıb. Məktəb birnövbəli və beşgünlük iş həftəsi ilə işləyir. 2008-ci ildə I-IV siniflər üçün əlavə üçmərtəbəli tədris korpusu istifadəyə verilmişdir. Bu korpusda 656 şagird və 195 nəfər beşyaşlı uşaqlar üçün hazırlıq qrupları fəaliyyət göstərir. Bu korpusda 35 sinif otağı var. 2014-cü ildə məktəbin əsas korpusu dövlət proqramı əsasında tam əsaslı təmir olundu və yüksək səviyyədə məktəb kollektivinin ixtiyarına verildi. Əsas korpusda V-XI sinif şagirdləri təhsil alırlar. 871 şagird 42 sinifdə komplektləşdirilmişdir. Təmirdən sonra məktəbdə müasir avadanlıqlarla təmin olunmuş kimya, fizika, biologiya laboratoriyaları, hərbi, musiqi, 4 komputer otaqları, akt zalı, lazımi avadanlıqlarla təchiz olunmuş idman zalı, kitabxana, oxu zalı, yeməkxana, tibb məntəqəsi şagirdlərin ixtiyarına verilmişdir. 16 otaqda elektron lövhələr quraşdırılmışdır. İki ədəd MİMİO proqramları üçün aparatlar, beş ədəd Promethean Aktivİnspare ağıllı lövhə də vardır. Məktəbin həyətyanı sahəsində yerləşən böyük idman meydançası da şagirdlərin ixtiyarındadır. 1722 şagirdin təlim-tərbiyəsi ilə ümumilikdə 214 nəfər müəllim çalışır. Məktəb Rus dili intensiv keçilən məktəb kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəb 2010-2011-ci tədris ilində "İlin ən yaxşı məktəbi" müsabiqəsində iştirak etmiş və "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür. Məktəbin riyaziyyat müəllimi Hacıyeva Almaz Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi "Döş Nişanı" ilə təltif olunmuşdur. Müxtəlif illərdə "İlin ən yaxşı müəllimi" adını almış müəllimlər də var. İdman sahəsində istər ölkəmizdə, istərsə də Respublikanın hüdudlarından kənarda şagirdlər yüksək nailiyyələr əldə etmişlər. Məktəbdə bütün tarixi günlərin təntənəli şəkildə qeyd olunması artıq ənənəvi şəkil almışdır. Digər tədbirlər də yüksək səviyyədə keçirilir. Məktəb fəaliyyətdə olduğu müddət ərzində bir çox uğurlar qazanmışdır. Məktəb fəaliyyət göstərdiyi illər ərzində 6 nəfər qızıl medala, 11 nəfər isə gümüş medala layiq görülmüşdür. Şagirdlərin içərisində xarici ölkələrdə təhsil alan, 600-700 arası bal toplayan və Prezident təqaüdünə layiq görülənlər də vardır. Son 2 ildə məktəbdə 64% abituriyent tələbə adına layiq görülmüşdür.












Şərh yaz
- 11-03-2022, 12:24
- 330 030
- 6 314
- 26-04-2019, 15:39
- 44 422
- 869
- 10-02-2022, 10:36
- 31 518
- 245
- 7-04-2022, 11:57
- 28 234
- 286
- 12-12-2020, 12:00
- 25 105
- 147
- 26-04-2019, 16:16
- 19 452
- 56
- 18-09-2019, 10:29
- 16 761
- 120
- 15-05-2019, 20:27
- 15 883
- 63
- 11-04-2022, 16:00
- 15 020
- 12
- 24-05-2020, 23:28
- 13 068
- 3
- 3-05-2019, 19:02
- 12 402
- 3
- 27-04-2019, 10:08
- 12 192
- 2
- 4-05-2019, 18:03
- 11 361
- 4
- 23-10-2019, 21:00
- 11 220
- 1
- 29-11-2019, 09:00
- 11 057
- 3
- 13-05-2020, 22:05
- 10 907
- 0
- 8-05-2019, 21:13
- 10 742
- 0
- 28-04-2019, 20:56
- 10 731
- 2
- 23-04-2019, 21:57
- 10 446
- 2
- 8-04-2020, 22:07
- 10 381
- 0
- 11-03-2022, 12:24
- 330 030
- 6 314
- 26-04-2019, 15:39
- 44 422
- 869
- 7-04-2022, 11:57
- 28 234
- 286
- 10-02-2022, 10:36
- 31 518
- 245
- 7-11-2019, 09:36
- 10 000
- 200
- 2-12-2025, 09:00
- 4 416
- 176
- 12-12-2020, 12:00
- 25 105
- 147
- 22-12-2021, 14:22
- 9 174
- 139
- 18-09-2019, 10:29
- 16 761
- 120
- 10-02-2023, 10:54
- 7 993
- 118
- 15-05-2019, 20:27
- 15 883
- 63
- 1-10-2020, 21:45
- 1 719
- 57
- 26-04-2019, 16:16
- 19 452
- 56
- 14-01-2020, 09:33
- 9 908
- 20
- 28-12-2020, 16:00
- 2 576
- 15
- 11-04-2022, 16:00
- 15 020
- 12
- 27-03-2021, 14:25
- 8 168
- 7
- 29-11-2021, 09:36
- 7 703
- 5
SOSİAL ŞƏBƏKƏLƏR