Şərəfli vəzifəyə yiyələnən Vüqar Mürsəlov bu işin müqəddəsliyini qoruyub saxlayır
- 23.08.2023, 11:28,
- Cəmiyyət
Baxılıb: 238
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.
Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Xeberdar.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Mərkəzi Hərbi Klinik Hospitalının tibb hissə rəisi, Vüqar Mürsəlov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Mərkəzi Hərbi Klinik Hospitalının tibb hissə rəisi, Vüqar Mürsəlovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Mərkəzi Hərbi Klinik Hospitalının tibb hissə rəisi, Vüqar Mürsəlov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vüqar Mürsəlovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Vüqar Mürsəlov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Mərkəzi Hərbi Klinik Hospitalının tibb hissə rəisi, Vüqar Mürsəlova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Mərkəzi Hərbi Klinik Hospitalının tibb hissə rəisi, Vüqar Mürsəlovdur.
Mərkəzi Hərbi Klinik Hospitalının tibb hissə rəisi, Vüqar Mürsəlov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Vüqar Mürsəlov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vüqar Mürsəlov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Vüqar Mürsəlov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Vüqar Mürsəlov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Vüqar Mürsəlov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Vüqar Mürsəlov özünü doğruldub. Bizdə hörmətli Vüqar Mürsəlovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mərkəzi Hərbi Klinik Hospitalının tibb hissə rəisi, Vüqar Mürsəlov - 2020-ci ildə 44 günlük müharibə zamanı ağır məğlubiyyətə uğrayan və kapitulyasiya aktına imza atan Ermənistan hazırda reinteqrasiya prosesinə maneə törətmək cəhdlərinə əl atır. Monoetnik və etnik ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas motivlərindən biri ölkəmizdə iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışının qarşısının alınmasıdır. Halbuki, Azərbaycan çoxmillətli dövlətdir və milli azlıqlar arasında heç bir ayrı-seçkilik yoxdur.
Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasına, eləcə də sülh prosesinə əngəl törətmək üçün rəsmi İravan davamlı təxribatlarla məşğul olur. Əvvəlcə hərbi təxribatlar törədən Ermənistan hazırda erməni lobbisi və Qarabağdakı separatçılarla birgə digər istiqamətlərdə də təxribatlarla məşğul olur. Beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür yaratmaq üçün “blokada” və ya “humanitar böhran” şousu xüsusilə gündəmdədir. Təbii ki, bu şounun yaradılmasında erməni lobbisi, eləcə də anti-Azərbaycan mövqeyi ilə seçilən Fransa hökuməti böyük canfəşanlıq edir.
“Blokada” və “humanitar böhran” şousu üzərindən riyakar niyyətinə nail olmağa çalışan Ermənistanın növbəti avantürası iflasa uğradı. Belə ki, rəsmi İrəvan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT TŞ-nin 16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışırdı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir. Təbii ki, ölkəmizin diplomatik müstəvidə qazandğı uğurlarının əsasını Prezident cənab İlham Əliyevin uzaqgörən xarici siyasəti təşkil edir. Prezident cənab İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması Təhlükəsizlik Şurasında Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələndi.
Təhlükəsizlik Şurasındakı müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi, ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi. Məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirilməsi tamamilə Azərbaycanın maraqlarına cavab verir. Bu da onu təsdiq edir ki, Azərbaycan öz mövqeyində haqlıdır və Ağdam-Xankəndi yolu mütləq açılmalıdır. Təhlükəsizlik Şurasındakı müzakirələr həmçinin Qarabağdakı Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsinin vacibliyini göstərdi, Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi. Bir sözlə, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu.
Şərh yaz
- 11-03-2022, 12:24
- 309 983
- 5 495
- 10-02-2022, 10:36
- 28 369
- 244
- 7-04-2022, 11:57
- 21 514
- 207
- 26-04-2019, 16:16
- 16 093
- 45
- 18-09-2019, 10:29
- 13 613
- 119
- 12-12-2020, 12:00
- 13 331
- 92
- 11-04-2022, 16:00
- 11 812
- 12
- 15-05-2019, 20:27
- 11 025
- 54
- 24-05-2020, 23:28
- 9 943
- 3
- 26-04-2019, 15:39
- 9 425
- 99
- 27-04-2019, 10:08
- 9 004
- 2
- 23-10-2019, 21:00
- 8 020
- 1
- 29-11-2019, 09:00
- 7 867
- 3
- 13-05-2020, 22:05
- 7 726
- 0
- 28-04-2019, 20:56
- 7 492
- 2
- 23-04-2019, 21:57
- 7 260
- 2
- 11-03-2022, 12:24
- 309 983
- 5 495
- 10-02-2022, 10:36
- 28 369
- 244
- 7-04-2022, 11:57
- 21 514
- 207
- 7-11-2019, 09:36
- 6 020
- 121
- 18-09-2019, 10:29
- 13 613
- 119
- 26-04-2019, 15:39
- 9 425
- 99
- 12-12-2020, 12:00
- 13 331
- 92
- 22-12-2021, 14:22
- 4 708
- 57
- 15-05-2019, 20:27
- 11 025
- 54
- 10-02-2023, 10:54
- 4 218
- 53
- 26-04-2019, 16:16
- 16 093
- 45
- 14-01-2020, 09:33
- 6 769
- 20
- 11-04-2022, 16:00
- 11 812
- 12
- 27-03-2021, 14:25
- 4 939
- 7
- 29-11-2021, 09:36
- 4 532
- 5
- 29-09-2020, 11:15
- 4 952
- 5
- 24-09-2020, 11:41
- 4 989
- 5
- 16-05-2019, 14:19
- 6 884
- 5
- 15-05-2019, 09:47
- 5 223
- 5
SOSİAL ŞƏBƏKƏLƏR